Ermənistandan Azərbaycana ərik gətirilməsinin qarşısı alındı - FOTO
Tarix: 20-06-2015 | Saat: 22:51
Bölmə:M / Karusel / İqtisadiyyat / M2 / Foto-fakt | çapa göndər
Gömrükdə əməliyyat.
Azərbaycan gömrükçüləri Ermənistan mənşəli olduğuna dair kifayət qədər sübutlar olan 8 tondan artıq kənd təsərrüfatı məhsulunun ölkəyə gətirilməsinin qarşısını alıb.
Məlumata görə, Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda aşkar edilən 3 fakt üzrə 8130 kq meyvə - ərik saxlanılıb. İlkin araşdırma zamanı gömrükçülər malın Ermənistan mənşəli olduğunu müəyyənləşdirib. Belə ki, Gürcüstan Respublikası istiqamətindən Azərbaycan Respublikasına gələn Azərbaycan Respublikası vətəndaşı Süleymanov İsmayıl Qoqu oğlunun idarə etdiyi avtomobildə mənşəyi məlum olmayan, ümumi çəkisi 6300 kq ərik aşkar edilib. Yoxlama zamanı malın qablaşdırıldığı qutuların üzərində markerlə erməni dilində yazılar müəyyən olunub.
İkinci fakt isə Azərbaycan Respublikası vətəndaşı Kəlayev Seymur Maqsim oğlunun idarə etdiyi “Ford Tranzit” markalı avtomobildə aşkar edilib. Gömrükçülər avtomobildə mənşəyi məlum olmayan 630 kq ərik olduğunu müəyyənləşdirib. Əriyin qablaşdırıldığı qutuların üzərinin Ermənistanda çap olunan erməni dilində çap məhsulları - qəzet səhifələri ilə örtülməsi malın Ermənistan mənşəli olduğunu sübuta yetirib.
Azərbaycan Respublikası vətəndaşı Musayev Ağakişi Musa oğlunun idarə etdiyi “Ford Tranzit” markalı avtomobildən isə eyni üsulla qablaşdırılaraq, üzəri Ermənistanda çap olunan qəzet səhifələri ilə örtülən 1200 kq ərik aşkar edilib.
Həmin yüklərin mənşə ölkəsini müəyyən edən hər hansı sənədin olmadığına və mənşə ölkəsinin Ermənistan Respublikası olduğuna əsas verən kifayət qədər sübutlar olduğuna görə, yuxarıda göstərilən nəqliyyat vasitələri gömrükçülər tərəfindən saxlanılaraq mənşəyi məlum olmayan malın respublika ərazisinə idxalına icazə verilməyib.
Xəbəri paylaş
5128 dəfə oxunub.
Digər xəbərlər

6-04-2015, 14:17
Çılpaq model bədənindəki loqo ilə hamını şoka saldı - FOTO
21-04-2016, 23:04
Moskvanın Qarabağ planı AÇIQLANDI - DETALLAR
10-09-2019, 19:52
Dağ yəhudiləri İsraildən küsüb Azərbaycana qayıdırlar — Ekspert
15-01-2019, 17:03
Leyla Əliyevanın oğlu festivalda iştirak edəcək
19-07-2018, 17:24
Qarpızın baha olması ilə bağlı nazirlikdən – Şərh
28-09-2017, 10:46
Azərbaycan, Gürcüstan və Türkiyə rəsmiləri Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısının icra vəziyyəti ilə tanış olublar.
2-07-2018, 16:25
Azərbaycanda daha bir körpə doğuş zamanı öldü
19-12-2022, 13:26
"Uşaq Sığınacağındakı uşaq ölür!" - Komitə sədri rəsmi qurumlara müraciət etdi - VİDEO
22-09-2015, 20:56
Rektorun qızını döyən qardaşlar azadlıqda