Azərbaycan, Gürcüstan və Türkiyə rəsmiləri Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısının icra vəziyyəti ilə tanış olublar.
Tarix: 28-09-2017 | Saat: 10:46
Bölmə:M / Karusel / İqtisadiyyat / Reportaj | çapa göndər
27 sentyabr tarixində Cənab Prezidentin tapşırığına əsasən Azərbaycan, Gürcüstan və Türkiyənin rəsmilərinin iştirakı ilə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə ilkin baxış keçirilmişdir.
Xəbəraz.az xəbər verir ki, "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, "Gürcüstan Dəmir Yolları" SC-nin sədri Mamuka Baxtadze və Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiya naziri Əhməd Arslan qatarla Tbilisidən Axalkalakiyə gedərək, dəmir yolu bağlantısında aparılan tikinti və son tamamlama işləri, yolun istifadəyə hazırlıq vəziyyəti ilə tanış olublar. Dövlət və hökumət rəsmiləri Tsalka, Tetriskalo və digər stansiyalarda olub, Asiya ilə Avropanı birləşdirəcək BTQ-nin açılışa hazırlığı ilə maraqlanıblar.
Qeyd edək ki, tədbirdə üç ölkənin nəqliyyat strukturlarının rəhbərləri ilə yanaşı, Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Qaxariya, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev, Azərbaycanın və Türkiyənin Gürcüstandakı səfirləri Dursun Həsənov, Zəki Ləvənt Gümrükçü və digər rəsmi şəxslər iştirak ediblər.
"Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov kütləvi informasiya vasitələrinə verdiyi məlumatda bildirib ki, Bakı-Tbilisi-Qars yeni dəmir yolunu test etdik. Yeni dəmir yolu artıq istifadəyə hazırdır. Cənab Prezidentlərin iştirakı ilə rəsmi açılışdan sonra Bakı-Tbilisi-Qars yeni dəmir yolu tam istifadəyə veriləcəkdir.
Xəbəri paylaş
7848 dəfə oxunub.
Digər xəbərlər

13-01-2017, 11:53
Naxçıvanda ağır qəza: ölən və yaralanan var
3-04-2023, 12:07
Hər gün 5 alma çəyirdəyi yeyin. İNANILMAZ FAYDALARI!
11-04-2022, 11:04
Dumanlı hava nə vaxtadək davam edəcək?
7-04-2015, 17:03
Zaqatalada nə baş verib: Ədəbsiz jest, yoxsa zarafat?
13-09-2016, 15:08
Arvadını "eBay"da satışa çıxardı - FOTO
28-04-2016, 18:36
Dnestryanı savaşı başlayır: Raketlər hazırlandı
19-07-2015, 18:32
Erməni qubernatorun oğlunu güllədilər
29-05-2016, 17:54
Bakının üzərini örtən qatı dumanın səbəbi nədir? - RƏSMİ AÇIQLAMA
9-10-2017, 10:24
Bakıda kütləvi dava: 3 qardaş xəstəxanalıq oldu