Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Gəncliyin inamlı addımları"
Tarix: 09-01-2024 | Saat: 11:44
Bölmə:M / Karusel / Gündəm / İdman / Gənclərimiz | çapa göndər


Azərbaycan müstəqilliyini əldə etdikdən sonra,  dövlət bir çox sahələrdə olduğu kimi, gəncliyə  də xüsusi diqqət ayırdı. Məhz onun təzahürüdür ki, bu gün millətin və dövlətin gələcəyi olan müasir gənclik, atdıqları hər addımda, etdikləri hər bir faydalı işində özünü doğrulda bilib.  Hətta nəinki doğrultmaq, gənc yaşlarından millətin sabahına çıraq tutmağı bacarıblar.

Haqqında bəhs etmək istədiyimiz gənc xanım Pakizə Səmədova 8  yaşında bədii gimnastikaya başladı.

Bəli, belə bir idman növü  üçün  8 yaş gecikmiş yaş həddi hesab olunur. Lakin  Pakizə qısa bir zamanda sübut etdi ki, əzm, zəhmət və sevginin birliyi ilə insan imkansızı imkanlı etmək gücünə  qadirdir.

O, qısa vaxt içərisində Azərbaycanın adını beynəlxalq turnirlərdə  önə çıxaran  istedadlı gimnast kimi, adını Azərbaycan Gimnastika Federasiyasının ön sıralarna qeyd etdirdi.

Sübut etdi  ki, bədii gimnastikaya çox kiçik yaşlarından başlamasa da, qarşısına qoyduğu məqsədə qısa vaxta nail olub, Azərbaycanın bədii gimnastikasında "məndə varam" deyə bildi. 

Pakizə Səmədova bədii gimnastikaya yönəldən  anası Könül  xanım olub. Qızının xüsusi qabiliyyətini görən ana, övladının zərifliyi və estetikani  özundə birləşdirən bədii gimnastika üzrə nailiyyətlərini sanki öncədən görürdü. Doğurdan da Könül xanım balaca Pakizəyə inanmaqda haqlı idi. 

Çox qısa müddətdə məşqçilərin diqqətini üzərinə çəkən ürkək qızcığaz, artıq Azərbaycanın bayrağını qaldıracaq beynəlxalq turnirlərdə yarışma haqqı qazana bildi. Getdiyi hər yarışda, qatıldığı hər turnirdə Pakizənin bir düşüncəsi olub , "qələbə !"

Qələbə isə asan əldə olunmur.

 Arıq, zərif vücudunda ağır məşq saatlarının yorğunluğuna qatlanan yeniyetmə Pakizə 15 yaşından iş həyatına atıldı.

Əmək fəaliyyətinə "Ocaq" idman klubunda məşqçi kimi başlayan Pakizə Səmədova beş il ərzində yüzlərlə idmançı yetişdirib. 

Artıq peşəkar məşqçi fəaliyyətinin zirvəsinə yüksələn gənc idmançı 2022-ci ilin oktyabr ayında özünün idman klubunu yaratmağı qərara aldı və qərarında yanılmadığını bir daha sübut etdi.

Bu gün  onun pedaqogi fəaliyyəti sayəsində, onlarca istedadlı gimnastlar yetişir.

Onun yetirmələri özü kimi turnirlərdə öncəliyi  əldən vermirlər. Pakizə xanım hər bir tələbəsinə yalnız peşəsinin sirlərini deyil, bu peşədə tələb olunan qadın incəliyini, nəzakəti,gözəl zövqü və eləcə də iradəni əzmi aşılayır. 

Yaxın günlərdə Azərbaycanda keçirilən Beynəlxalq Bədii Gimnastika yarışmasında Pakizə müəllimənin yetirməsi ikinci yerin qalibi oldu. 

Qeyd etmək istərdim ki,  turnirin ikincisi seçilmiş  idmançı, qazı övladıdır. Pakizə  yalnız gözəl idmançı, bacarıqlı müəllimə deyil, eyni zamanda vətənpərvər gənclərimizdəndir. Qazı övladına göstərdiyi həssaslıq, təmənnasız xidməti gənc dünyasının müdrikliyidir .

Onun yüksək peşəkarlıq qabiliyyəti Azərbaycan Gimnastika Federasiyası tərəfindən yüksək səviyyədə dəyərləndirilir.

Belə ki, AGF-da II dərəcəli hakim statusu daşıması Pakizənin əməyinə verilən yüksək qiymət və şəxsinə göstərilən etimadın təzahürüdür 

Pakizə müəllimə eləcə də  fəal ictimaətcilər arasında öz mövqeyini quran gənclər sırasındadır. 

Bu gün gəncliyə üz tutduqda, Pakizə Səmədova kimi gənclərimiz sinəmizi fərəhlə doldurur. Əminik ki, belə gənclərimiz olduğu müddətcə, Azərbaycan Respublikasının bayrağı dünya bayraqları arasında əzəmətlə dalğalanacaq.

Tərifə Maqsudova



Xəbəri paylaş

8 4618 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___