Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Dağ yəhudiləri İsraildən küsüb Azərbaycana qayıdırlar — Ekspert
Tarix: 10-09-2019 | Saat: 19:52
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Reportaj | çapa göndər

"Knessetə (parlamentə) 21-ci çağırış seçkiləri aprelin 7-də keçirilib, lakin Likud Partiyasının sədri Benjamin Netanyahunun kabineti formalaşdıra bilməməsi ucbatından sentyabrın 17-də təkrar seçkilər keçiriləcək".

"Xeberaz.Az" “ISNA” agentliyinə istinadla xəbər verir ki, İsrail üzrə mütəxəssis Miqdad Həsəninin İsraildə yaşayan Qafqaz yəhudilərinin sosial-iqtisadi vəziyyəti və mədəni problemləri, habelə siyasi fəallığı haqqında analitik məqaləsi bu sətirlərlə başlayır.

Qafqaz yəhudilərinin İsrailə köçünün 1980-90-cı illərdə baş verdiyini qeyd edən müəllif yazır ki, dağ yəhudiləri, əsasən, Nafha, Cəlil, Miqdal Hamaq, Kiryat-Yam, Or Akiva və s. yaşayış məntəqələrində məskunlaşıblar və bu gün İsraildəki Qafqaz icması təxminən 6 min nəfərdən ibarətdir.

“İsrail hökuməti əvvəlcə Qafqaz yəhudilərini çox sayda infrastruktur və yaşayış problemi olan bölgələrə köçürüb və qafqazlıların özləri də bu maneələrin öhdəsindən gəlmək üçün çalışıblar”.

Or Akivanın keçmiş bələdiyyə başçısı Simha Yusufovun sözlərinə görə, şəhərdə Qafqaz yəhudiləri üçün ticarət, sağlamlıq və istirahət mərkəzləri hələ də yoxdur. Əksər evlərin təmirə ehtiyacı var.

İqtisadi problemlərlə yanaşı, Qafqaz yəhudilərini ən çox narahat edən sosial-mədəni problemlərdir.

Yazının davamında deyilir: “Beer-Şerva şəhərindəki bəzi gənclər öz eyniyyətini yenidən əldə etmək, təhqir və ayrı-seçkiliklə üzləşməmək üçün Qafqaza qayıdıblar və mənşə bölgələrində, xüsusən də Azərbaycan Respublikasında yaşayan yəhudilərin daha yüksək sosial status və ləyaqətə sahib olduqlarını başa düşüblər. Onlar müsəlman əhali arasında yaxşı mövqe sahibidirlər…”

Ekspert yazır ki, dağ yəhudiləri özünəməxsus mədəni meyarlarına görə hələ də İsrail cəmiyyətinə inteqrasiya oluna bilmirlər. Qafqaz icmasının problemlərini həll etmək üçün güclü demokratik alətlərdən də yararlanmaq imkanı yoxdur.

Müəllifin qənaətincə, Knessetin 21-ci çağırışı da Qafqaz yəhudilərinin problemlərini vaxtında həll edə bilmək gücündə deyil.


Xəbəri paylaş

6168 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___