Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Səhərin qaranlıq sabahları"
Tarix: 01-12-2023 | Saat: 22:03
Bölmə:M / Karusel / Gündəm / Araşdırma | çapa göndər


"Ay qız,  Allah bu Səhərin heç sabahını aydınlığa açmasın!".

İstəmədən belə duymaq məcburiyyətində qaldığım iki qadının söhbətində adı gedən və bəddua olunan Səhər kimdir, nə günah işlədib ki,  qarğış qazanıb?

Peşəkar marağım Səhər barədə məlumat toplamağa "susadı". Cirkin səslənsə də etik prinsipləri unudub söhbətə diqqət kəsildim.

Məlum oldu ki, bu Səhər o Səhər imiş ki, hələ bir neçə müddət öncə barəsində mətbuatda xoşagəlməz məlumatlar yer almışdı. Demək ki, bizim köhnə "dos"tlarımızdan imiş və yenə öz ampulasında öz repertuarını davam etdirir.

Bu dəfə isə Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar kollecin rəhbəri kimi.

Səhər Orucova barədə apardığımız araşdırmalar heç də ürək açan mənzərələr ortaya qoyması. Əksinə ürək sızladan, təəssüf doğuran, heyrət etdirən hallara şahid olduq.

Üç ilə yaxın bir dövrdə kollecə direktor təyin olunan Şəhər Orucova, kollecin sabahlarını qara edib desək çox az olar. 

İlk öncə başlayaq  yazımızın önündə bəddua edən qadının sözlərindən.

Övladı kollecin tələbəsi olan ana, övladına yolxərci verməyə ancaq gücü yetir. Günün yarıdan çoxunu kollecdə keçirən övladı üçün ac qalmasın  deyə ana,  övladının çantasına qoyduğu ərzaq, kollecə daxil olan zaman alınır. Səbəb, kollecin bufetindən alış-veriş olunmasına maneələr yaranmasının qarşısı alınsın. Bu minvalla cibində yol pulundan başqa pulu olmayan tələbə gün boyu ac-susuz qalmağa məhkum edilir. Görünür ananın övladı acından bayqınlıq yaşayan tələbələrdən olduğu üçün ana Səhər Orucovanın ünvanına qarğış-nalə edir.

Təbii ki, bu kimi tələbələrin sayı kifayət qədərdir. Kollecin bufeti isə tələbə büdcəsindən çox daha yüksəyə xidmət edir. Bir sözlə Şəhərin şəxsi "Cudapecka"sı xidmətini yerinə yetirir.

Kollecin adında iqtisadiyyat olduğu səbəbilə öncə iqdisadiyyata, indi isə siyasətə gələk 

Araşdırmamız qarşımıza Səhərin zülmət üsul-idarəcilik metodunu sərgilədi. 

İsə gəldiyi qısa müddət ərzində, illərcə kollecdə pedaqoji fəaliyyət göstərən müəllim heyyətini müxtəlif bəhanələrlə işdən qovaraq, yerinə özünün təcrübəsiz, hətta bəzi pedaqoji diplomu olmayan kadrlarını yerləşdirib. Bunu etdiyində isə ən azı ƏM-də "ştat ləğv edilməsi"  maddəsi ilə işdən azad etmə, şər böhtan atmaqla CM-nin maddələrini pozma, işdən bezdirməklə ərizələrini yazdırmaq və ya heç bir səbəb olmadan, sadəcə qadın qısqanclığı xətalarına yol verməməli idi. 

(Gərək olduqda işdən azad olunan kadrların siyahısı açıqlana bilər)

Səhər Orucovanın xüsusi tapşırığı ilə tələbələr imtahandan kəsilərək, bir aylıq kurslara cəlb edilir və kursların qiyməti 60 AZN müəyyənləşdirilib. Sual doğuran hal ondan ibarətdir ki, yarı və ya bir semestr tədris olunan dərsi tələbə qavrayıb imtahandan keçə bilmədiyi halda, 60 manat ödəyib guya  bir ay kursda aldığı  tədrisdən  sonra müvəffəqiyyətlə keçə bilir.

 Qeyd etdiyim kimi ştatların ixtisarı, dərs saatlarının azalması, ayrıseçkilik, bezdirmə kimi bəhanələrlə işdən qovulan məllimələrin yerinə  isə qəbul olunan stajsiz, təcrübəsiz müəllimələr hansı dərsləri tədris edir. 

Hətta arasdirmamızda pedaqoji təhsili olmayan şəxslərin işə cəlb olunması halları ilə qarşılaşdıq belə.

Əslində Səhər Orucovanın kadr siyasəti tamamilə öz şəxsi maraqlarına xidmət etməyə yönəlmişdir. "Xidmətin paketini" əldə etməyin yolları isə, illərlə çiyin-çiyinə çalışdığın, xeyidə-şərdə bərabər olduğun, bir süfrədə çörək kəsdiyi müəllim yoldaşın barədə Səhər ilə dedi-qodu etməkdən keçir. 

Çünki Səhər Orucovanın qidası və hətta yaşam enerjisi ədavət, intriqalar, çəkişmələrdən ibarətdir. Seçib özü ilə gətirdiyi və təyin etdiyi kadırları fikirimizi təsdiqləyir. 

Üç ilə yaxın müddətdə kollece rəhbərlik edən Səhər, Natəvan adlı qadını özünə müavini adlandıran, əlaltısı adlandıran, təyin edib. Bu Natəvan o Natəvandir kı, müəllimlərin üzünə durur, dərs saatlarını kəsir, onları təhqir edir, müəllimənin verdiyi Allahın salamını belə almağı özünə yarasdırmır.

Guya bayramlarda, müəllim günündə rüşvət almayan Səhər üçün köməkçisidirmi, xəbərçisidirmi, əlaltısıdırmı deyək, Gülnar Axundova  hər müəllimədən 30  AZN-dən pul toplayaraq müdirinə qızıl -briliant ziynət əşyaları aldıtdırır

Digər bir özü ilə gətirdiyi "uğurlu kadr seçimi" 23 yaşlı gənc müavini Elnur Sultanov,  kollecin 16 yaşlı tələbəsi ilə dərs zamanı seksual xarakterli hərəkətlər etdiyi zaman aşkarlanmışdır 

Kollecin labortoriyasına labarant vəzifəsinə layiq gördüyü kadirı Natəvan Əliyeva, kollecin evli əməkdaşı ilə "eşq macərasına" baş vurdu. Bütün bunların ört-basdır olması üçün sevimli kadırlarını işdən uzaqlaşdırmaq məcburiyyətində qaldı.

Kollecdən səbəbsiz yerə uzaqlaşdırılan müəllimlərin dərsləri aylarca boş keçir. Fənn tədris olunmur. Qruplarda boş dərs saatları baş alıb gedir. 

Səhər Orucovanın rəhbər performansları olduqca rəngarəngdir. Sadəcə rənglərin ahəngi olduqca qeyri-peşəkar uyğunlaşdırılır. Nəticədə Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar kollecinin ölkəni bürüyən  uyğunsuz elm-təhsil tablosu ortaya çıxır.

Maraqlı hal odur ki, biz mətbuat bunları gördüyümüz halda, universitetin rəhbərliyi, təhsil nazirliyi görə bilmirmi? 

Ya bəlkə Səhər onları hansısa vasitələrləsə ovsunlayıb ki, millətin gənc övladlarınının saf ruhlarına, təmiz vicdanlarına, qara ləkələr salmasına meydan yaradıblar.

Beyinləri ilə dünyaya meydan oxuyan yapon xalqı bu uğuru üçün müəllimə borclu olduğunu söyləyir və müəllim peşəsi olan hər kəs sinəsində xüsusi nişan gəzdirir. Səbəbi, müəllim hansı ortamda olmasından və vəzifəsindən asılı olmayaraq hörmət göstərilməsi üçün düşünülüb. Məgər bizim müəllimlərimiz o hörmətə layiq deyil? 

Lakin Səhər Orucova öz adına də rəhbərlik etdiyi müəllim kollektivininin peşəsinə hörmət göstərməyi bacarmır.

Halbu ki, müəllim cəmiyyətin dayaq sütundur. Cəmiyyətin sütununu baltalamağa kimsənin haqqı yoxdur. 

Tərifə Maqsudova.




Xəbəri paylaş

5 3688 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___