Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Necə deyərlər? Ayının min oyunu"
Tarix: 01-12-2023 | Saat: 22:06
Bölmə:M / Karusel / Gündəm / Araşdırma | çapa göndər


"Kölgənə belə güvənmə ki, Günəş yüksələndə səni tərk edər", deyən kişilər əminəm ki, "bizim" Nurəddini yaxşı tanıyıblar. 

Bəs siz necə, Nurəddin Niftəliyevi tanıyırsınız?

Elə isə gəlin birbaşa mətləbə keçək.

Hə! 

Bu Nurəddin o Nurəddindir ki, əvvəllər təsadüf nəticəsində polis sıralarında xidmət göstərib, Yasamal polis idarəsində çalışıb, həmin vaxt insanların özünə yuva, yurd,  ev tikən zaman Nurəddinin bığı yağlamayanın evin sökməklə məşğul olub, barəsində çoxsaylı xidməti yoxlamaları olan biridir. Elə o vaxtdan da gələcək üçün "dost" tədarüklərini diqqətdə saxlayıb ki, "qara gündə" "imdadına çatsın".

Nurəddin Xasay oğlu Niftəliyev, guya Tural Hüseynovun mərhum atası ilə  tanışlıq və bəlkə də dostluq əlaqələrində olub. Ailəsinə yaxın bilərək övladlarına tanıdıb. 

Dünyasını dəyişdikdən sonra Nurəddin Niftəliyev "meydan bu meydandır" deyərək, fürsəti fövde vermədən ailəyə "canıyananlıq" nümayiş etdirərək güvən qazanıb.

Güvənin qovluğu qalinlasdıqca, Nurəddinin nəfsinin iştahası da böyüməyə başlayır. 

Nəhayət keçmiş tanışının övladı Tural Hüseynovdan küllü miqdarda pul qoparmaq qərarına gəlir.

Bunun üçün çirkli əməlləri ilə ətrafına "silahdaşı" toplamağa çalışır.

Qurd iştahası ilə quzu yemək arzusunda olan Nurəddin Nifdəliyev bilmirdi:

"tapıb nə desin

Turalı bir bəhanə ilə yesin".

Bu halında "imdadına" böhtan adlı "dostu" gəldi.

Nərimanov rayon Polis İdarəsinə belə bir mövzuda şikayətlə müraciət edərək, guya Tural Hüseynov onun 80000 min manat  pulunu mənimsəmiş, və tələb etdikdə dostu İlizbar Səfərovla birlikdə döyərək xəsarət yetirmişlər. 

Sabiq polis işçisi niyyətini əsaslandırmaq və saxta dəlilər toplamaq məqsədilə Məhkəmə Tibbi Ekspertizaya müraciət edir. 

Hər kəsi özü kimi saxtakar hesab edən Nüsrəddin, ekspertdən istədiyi rəyi ala bilmir. Buna baxmayaraq yenə də iftra xarakterli davranışlarına son qoymur. 

Birinci tibbi ekspert baxışından qanedici cavab ala bilməyən Nurəddin, il yarımdan sonra təkrar ekspertiza yoxlanısından keçib, yenə rədd cavabı alır.

İlizbar Səfərov və Tural Hüseynov tərəfindən döyülmə, xəsarət faktı təsdiqini tapmayınca, bu dəfə digərlərini əməlinə oyuncaq etməyə çalışır.

Rəsad Şakir oğlu Məmmədovu görüşə dəvət edib, niyyətində ona kömək etməsini söyləyir. Lakin Rəşad Tural ilə aralarında soyuq münasibət olmasına baxmayaraq, yenə də haqqı haqqa qurban etmir.

Nəfsi vicdanını kor edən keçmiş polis, əməlinə ortaq etmək üçün gənc qızı belə "hədəf taxtası"na qoymaqdan çəkinmir. 

Nurəddinin Turala qarşı başlatdığı cinayət işini aparan Nərimanov rayon Polis İdarəsinin istintaq şöbəsində bu dəfə də Nurəddinin şahid qismində təqdim etdiyi Nübar İbrahimovanı dindirilir. Yenə də nəticə Nurəddin üçün ürəkaçan olmur.

Nurəddinin  baş tutmayan planları, Tural ilə İlizbar təsdiqini tapmayan döymə faktlarını sübuta yetirmək üçün digər bir şahidi, Vüqar Həmidovun  çağırılıb, dindirilməsini israr edir. İstintaq Nurəddin tələbi üzərinə növbəti şahidin ifadəsini alır. Nəticə yenə də Nurəddin gözlədiyi sonluqla nəticələnmir. Bu zaman Nurəddin növbəti hiyləyə əl atır Tural ilə restoranda yeyib içir və onunla barışması üçün 1500 manat alır ərizə ilə istintaqa müraciət edir ki, Tural ilə barışıb onu Tural yox İlizbar Səfərov döydüyünü bildirir.

Şahid qismində çağırılan insanlar vicdanlarını meyar seçib, həqiqəti  soyləyirlər.

Lakin Nurəddinin  və Nurəddin kimi qəlbində vicdan yerinə, şəxsi maraq daşıyan  "Təzadlar" qəzeti həqiqəti görməmək üçün günün günortasında gözlərini qara maska ilə örtürlər.

Nurəddin Niftəliyevin mövqeyi jurnalist arasdirmasında bir sıra təzadları,böhtan, şantaj xarakterli hərəkətləri ortaya tökdü. Hazırda Turaldan şikayətini davam etdirərək yenidən pul tələb edir.

Guya ona qaytarılacaq borcun izahatlarında qeyd etdiyi, jurnalistlə müsahibədə isə fərqli məbləğ söylədiyi rəqəmlər Nurəddin  böhtan, şər danışması faktını təsdiqlədi. 

Ayrıca, mövqeyini öyrənmək üçün aparılan telefon danışığında jurnalistə qarşı hədə-qorxu, yalan, böhtan xarakterli danışıqlar sərgiləməklə kimliyini ortaya qoydu. Bu azmış kimi təqdim olunun Nurəddinin səs yazısında "Azərbaycanı pis günə qoyan prokrorluqdu" bundan başqa gigər səs yazısında " Azərbaycana rüşvəti, pozğunçuluğu Qərbi Azərbaycanlılar gətirib" deyərək narazılıq edərək başına narazı kütlə yığmağa da çalışır. Bəzi insanlara özünü vəkil kimi təqdim edərək onların adından ərizələr ünvanlayır. 

Biz yazını hazırlayarkən çox təəssüf və heyrət hissi yaşadıq.

Yuxarıda qeyd etmişdik ki, Nurəddin bir qanun adamı, hüquq keşikçisi olaraq "xidmət" göstərib və təqaüdə ayrılıb. "Qanun adamının" qanunları bu qədər əzməsi bizdə belə bir təsürat yaradır ki, Nurəddin Niftəliyev işlədiyi dövrdə qanunlara deyil, şəxsi maraqlarına qulluq edib. Belə ki, öz oğlunun adına "sovetski" deyilən yerdən guya keçmişdə evi olmasını qulluq mövqeyindən istifadə etməklə saxta sənədlərlə oğlu Niftəliyev Rəsul Nurəddin oğlunu  adına ev sənədləşdirir. Bu da alınmır. 

Nurəddin haqqında sona saxladığım ən iyrənc həqiqət budur ki, vəzifəsi gərəyi müharibədə dövrü arxa cəbhədə əsayişi qorumaq üçün müvəqqəti növbəli şəkildə posta dayanaraq iştirak edib, sağ-salamat qayıtmasına baxmayaraq, daxil olduğu hər qurumda, keçirdiyi hər görüşdə "qaziyəm" deyə qazilərimizin haqqına girir. 

Sözümüzlə Nurəddin Niftəliyev haqqında çəkdiyimiz cızma-qara tablomuz əslində insanları belə ünsürlərin varlığından xəbərdar etmək idi. Çünki Nurəddin növbəti hədəfi hər bir iş adamı, sahibkar və ya nüfuzlu insan olacağı bəlli olmaz.

Tərifə Maqsudova.




Xəbəri paylaş

4 8818 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___