Peyğəmbər - sallallahu aleyhi və səlləm - demişdir: "Qiyamət günü üç sinif insan ilk sorğu-suala çəkilənlərdən olacaqdır. Şəhid Allahın hüzuruna gətiriləcək və Allah ona bəxş etdiyi nemətlər haqqında xəbər verdikdən sonra deyəcək: "Bu nemətlərin müqabilində nə etmisən?"
O: "Sənin yolunda vuruşub şəhid olmuşam"- deyə cavab verəcək.
Allah isə ona belə deyəcək: "Yalan danışırsan! Sənə "qəhrəmandır"- desinlər deyə vuruşmusan. Ona da artıq nail olmusan". Sonra əmr olunacaq və onu üzüstə sürükləyib Cəhənnəmə atacaqlar. Sonra elm öyrənmiş və onu insanlara öyrətmiş, çoxlu Quran oxumuş bir şəxs Allahın hüzuruna gətiriləcək və Allah ona nəsib etdiyi nemətlər haqqında xəbər verdikdən sonra deyəcək: "Bu nemətlərin müqabilində nə etmisən?"
O: "Sənin xatirinə elm öyrənib onu insanlara öyrətmişəm və çoxlu Quran oxumuşam"- deyə cavab verəcək.
Allah isə ona belə deyəcək: "Yalan deyirsən! Sənə "alimdir"- desinlər, həmçinin "Quran oxuyandır"- desinlər deyə elm öyrənmisən, Quran oxumusan. Ona da artıq nail olmusan". Sonra əmr olunacaq və onu üzüstə sürükləyib Cəhənnəmə atacaqlar. Sonra dünyada zəngin olmuş bir adam Allahın hüzuruna gətiriləcək və Allah ona verdiyi nemətlər haqqında xəbər verdikdən sonra deyəcək: "Bu nemətlər müqabilində nə etmisən?"
O: "Var-dövlətimi Sənin yolunda xərcləmişəm, Sənin buyurduğun yerlərə sərf etmişəm"- deyə cavab verəcək.
Allah isə ona belə deyəcək: "Yalan danışırsan! Sənə "nə səxavətli insandır"- desinlər deyə malından xərcləmisən. Ona da artıq nail olmusan". Sonra əmr olunacaq və onu üzüstə sürükləyib Cəhənnəmə atacaqlar". (Muslim, 527).
Cəhənnəm odunda birinci kimlər yanacaq?
Tarix: 24-11-2023 | Saat: 09:45
Bölmə:Karusel / İbadət | çapa göndər
Xəbəri paylaş
5 0628 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 24-11-2023 | Saat: 09:45
Bölmə:Karusel / İbadət | çapa göndər
Xəbəri paylaş
Digər xəbərlər
2-10-2015, 21:56
25 yaşlı oğlan ağacdan yıxıldı - Şoka düşdü
11-07-2016, 23:40
Təbii ağrıkəsici vasitələr
18-02-2022, 11:09
Azərbaycanda 50 yaşadək bu şəxslərə 20 min manat veriləcək
18-02-2017, 13:56
Türkiyədəki terrorla bağlı ürəkağrıdan MƏQAM - VİDEO
13-04-2018, 11:33
"Övladımın anasıdır,yazılara diqqət edin"-Azər
10-11-2023, 09:36
Bakıda gəlin qayınanasını döyüb xəstəxanalıq etdi
30-08-2016, 21:38
"Ulduz" stansiyası - dövlətin unutduğu ərazi... - Foto
25-07-2021, 15:48
Toylarla bağlı mühüm açıqlama - hər 10 nəfərdən 5-i...
13-09-2017, 11:59
Afaq Aslan aparıcılığa başlayır – GÖRÜN HARDA