Tarix: 11-07-2023 | Saat: 19:32
Bölmə:M / Karusel / Gündəm / Xəbəraz TV / Təbriklər / Reportaj | çapa göndər
Ölkə prezidentinin növbəti kadr siyasəti çox təqdirəlayiqdir, söyləsəm yerinə düşər.
Uzun illər ədliyyə orqanlarında, ən sonda isə Penitensiar Xidmət idarəsi rəisinin müavini vəzifəsində çalışan Mirsaleh Seyidov 10 iyul 2023-cü il tarixi də Prezidentin sərəncamı ilə Penitensiar Xidmət idarəsinin rəisi vəzifəsinə təyin olunub.
Mirsaleh Seyidov öz insani keyfiyyətləri ilə nəin ki, dövlət rəsmilərinin, hətta məhkumların rəğbətini qazanmış şəxsiyyətlərdəndir.
Mən 15 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhbus jurnalist olaraq tam səmimiyyətimlə söyləyirəm ki, mənim kimi məhkumluq həyatı yaşayan hər bir insanın doğmaları dəfələrlə Mirsaleh Seyidovun qəbulunda olublar. Hər dəfə də böyük hörmət və diqqət görüblər.
Bu gün Mirsaleh müəllimin yeni vəzifəyə gəlməsi, laiq olduğu dəyərin təzahürüdür.
Mən məhbus jurnalist kimi cənab general Mirsaleh Seyidovu ürəkdən təbrik edirəm.
Ölkə prezidentimə isə sonsuz təşəkkür edirəm ki, dəyərli insanlara, dəyərli nəzərlərlə baxır.
Məhkum jurnalist Cəlal Məmmədov.
Biz də "Xeberaz az" İnformasiya Agentliyi ailəsi olaraq də bu təbriklərə qoşuluruq. Uğurlarınızın davamlı və sədasının daha da uzaqlara yayılmasını diləyirik.
Xəbəri paylaş
Digər xəbərlər