Moskvanın Qarabağ planı AÇIQLANDI - DETALLAR
Tarix: 21-04-2016 | Saat: 23:04
Bölmə:M / Karusel / Siyasət / Qarabağdan xəbər var | çapa göndər
Kremlin əsas nəşrlərindən biri hesab edilən “İzvestiya” qəzeti Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məqalə dərc edib.
Nəşr Rusiyanın və şəxsən prezident Vladimir Putinin tərəflərin güzəştlərə getməsi üçün aktiv addımlara təşəbbüs edəcəyini bildirib. Qəzetə əsasən, danışıqlar yaxın günlərdə başlanacaq.
“Tərəflərdən heç biri geri çəkilməyə hazır deyil. Ağır danışıqlar aparmaq lazımdır. Amma Rusiyanın köməyi olmadan prosesdə irəliləyişə nail olmaq mümkün deyil”, - vəziyyətlə tanış olan mənbə deyib.
Münaqişənin nizama salınması üzrə Rusiyanın planları haqqında bəzi təfərrüatları açıqlayan mənbəyə görə, plan ərazilərin bir hissəsinin Azərbaycana qaytarılması, sülhməramlıların münaqişə zonasında yerləşdirilməsi, qaçqınların evlərinə qayıtması, sonrakı mərhələdə sərhədlərin açılması, iqtisadi kommunikasiyaların bərpası, sonuncu mərhələdə isə Dağlıq Qarabağın statusunun referendumla müəyyənləşdirilməsini nəzərdə tutur.
“Ancaq tərəflərdən heç biri referendumun nəticəsinin əvvəlcədən onların xeyrinə müəyyən edilməyəcəyi halda, bu planla razılaşmaq istəmir. Azərbaycan və Ermənistan Rusiyanın strateji partnyorudur. Moskva nizama salınmanın bütün mərhələlərində qarşıdurmaya yol verməmək və tərəfləri dialoqa kökləmək üçün ondan asılı olan hər şeyi edirdi”, - “İzvestiya” yazıb.
Xəbəri paylaş
9208 dəfə oxunub.
Digər xəbərlər

12-03-2021, 21:36
Sarkisyanın səhhətində problem yaranıb
17-12-2016, 10:44
13 yaşlı məktəbli faciəvi şəkildə öldü - BAKIDA
2-11-2015, 19:52
Sabunçuda Məktəbli özünü hamamdan asdı
22-06-2016, 22:44
BMM -də Azərbaycanda genişmiqyaslı islahatların vətəndaş cəmiyyətinin inkişafındakı rolu mövzusunda konfrans kecirilib
28-12-2016, 22:07
Rusiya: "Əsəd hakimiyyətdən gedəcək"
12-08-2015, 14:55
Bu yaxınlarda toyları olacaq məşhurlar - Siyahı
19-04-2023, 09:40
"Məni parka göndərib, əxlaqsızlıq edirdi..." - 15 yaşlı oğlan bacısını niyə öldürüb?
11-12-2018, 17:08
Qaynanamla hər gün danışıram, ərimlə isə yox"-Zümrüd
10-03-2022, 08:02
“ASAN Xidmət”də çalışan qızın qaçırılmasının TƏFƏRRÜATI (YENİLƏNİB)
7-12-2016, 21:19
Şok: Çörək yeməzdən əvvəl düşünəcəksiniz - Video