Ermənilər Şuşa polisinin binasını “Qrad”la vurdu
Tarix: 26-04-2016 | Saat: 13:08
Bölmə:M / Karusel / Hadisə / Araşdırma | çapa göndər
Bu gecə erməni silahlı birləşmələri Tərtər rayonunun təmas xəttindəki kəndləri ilə yanaşı, şəhərin mərkəzini də ağır artilleriyalardan atəşə tutub.
Bu barədə Trend-ə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov məlumat verib.
İcra başçısı bildirib ki, ermənilərin təxribatı nəticəsində rayonun 20 fərdi yaşayış evi zərər çəkib:
"Həmin evlərdən 16-ı təmas xəttindəki kəndlərdə, 4-ü isə şəhər ərazisindədir. Evlərdən biri tam dağılıb".
M.Məmmədov deyib ki, hazırda rayon ərazisində tam sakitlikdir, düşmən cavab atəşi ilə susdurulub və geri çəkiliblər:
"Hazırda rayonda həyat öz axarı ilə davam edir, hamı öz gündəlik işindədir. Şəhərin əsas küçə və prospeklərində abadlıq işləri görülür".
***
Müstəqim Məmmədov Report-a isə bildirib ki, Tərtər rayonu üzrə 23 yaşayış evinə və 1 inzibati binaya mərmi düşüb.
İcra başçısının sözlərinə görə, ermənilərin atdığı "Qrad" mərmisindən biri Şuşa Rayon Polis Şöbəsinin (RPŞ) inzibati binasının yaxınlığında partlayıb və binaya ciddi ziyan dəyib:
"Ermənilərin cəbhəboyu yaşayış məntəqələrini ağır artileriya qurğularından atəşə tutması nəticəsində Tərtər şəhəri üzrə 4 yaşayış evinə mərmi düşüb. Bundan başqa, rayonun Qarağacı kəndində 2, Həsənqaya kəndində 6, Qazıyan kəndində 2, Qaynaq kəndində 3 və Səhləbad kəndində 2 fərdi yaşayış evinə ziyan dəyib".
İcra başçısı əlavə edib ki, həmçinin, rayonun Qazıyan kəndində bir VAZ-21099 markalı minik maşınına ziyan dəyib və bir baş at, Səhləbad kəndində isə 3 baş iribuynuzlu mal-qara tələf olub.
Xəbəri paylaş
7388 dəfə oxunub.
Digər xəbərlər

12-02-2016, 10:28
17 yaşlı qız qardaşını öldürüb, qollarını kəsib, basdırdı - MƏHKƏMƏDƏ DƏHŞƏTİ ETİRAF ETDİ
27-04-2016, 11:41
Azərbaycan və Ermənistan xüsusi təyinatlılarının fərqi - Video
22-03-2016, 11:19
Təcavüzə məruz qalan aktrisa intihar etdi
31-10-2022, 11:53
Bu xəstəxanada milləti RƏSMƏN MƏHV EDİRLƏR... - BU NƏDİ BELƏ?
25-07-2019, 14:29
“Qarabağ” – “Dandalk” matçının biletləri satışda
17-05-2017, 16:11
Bakıda bakirəliyi bərpa edən klinikalar... - Harada, necə, neçəyə?
1-09-2021, 14:59
Bakıda 49 yaşlı kişini döyərək ÖLDÜRDÜLƏR
30-06-2020, 11:58
Məşhur aktyorun həyat yoldaşı: Yatağımda xəyanətə uğradım”