Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda 49 yaşlı kişini döyərək ÖLDÜRDÜLƏR
Tarix: 01-09-2021 | Saat: 14:59
Bölmə:Karusel / Hadisə | çapa göndər

Bakıda 49 yaşlı kişini döyərəkÖLDÜRDÜLƏR



Bakıda qətl hadisəsi olub.
Bu barədə  Səbail Rayon Prokurorluğundan məlumat verilib.
Belə ki, avqustun 31-i saat 07 radələrində paytaxtın Səbail rayonunda 1972-ci il təvəllüdlü Eldar Qurbanovun üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Aparılan istintaq hərəkətləri və keçirilən əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilib ki, şəhər sakini, 1975-ci il təvəllüdlü Ruslan Alyoşkin avqustun 30-u saat 01 radələrində Səbail rayonu Elçin Əzizov küçəsindəki mənzildə tanışları Marat Həmidov və Eldar Qurbanov ilə birlikdə spirtli içki qəbul etdikdən sonra Eldar Qurbanovla şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı sonuncunun baş nahiyəsinə yumruq və təpiklə çoxsaylı zərbələr vuraraq onu qəsdən öldürüb.
Ruslan Alyoşkin şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə istintaq davam edir.


Xəbəri paylaş

5408 dəfə oxunub.

Digər xəbərlər
20-05-2015, 19:07 Sabaha olan HAVA PROQNOZU

bütün xəbərlər
____ Instagram ___