Bakıda bakirəliyi bərpa edən klinikalar... - Harada, necə, neçəyə?
Tarix: 17-05-2017 | Saat: 16:11
Bölmə:Karusel / Səhiyyə / M2 | çapa göndər
Evlilik həyatına başlamazdan 1 ay əvvəl estetik əməliyyatla süni qızlıq pərdəsi yaradılır. Tibbdə buna "himenoplastika" deyilir. Təəssüflər olsun ki, bu üsula baş vuranların sayı getdikcə artır.
Xəbəraz.az metbuat.az-a istinadən xəbər verir ki, cərrahlar əməliyyatı imitasiya, yəni bənzətmə üsulu ilə həyata keçirirlər. Bu, iki üsulla həyata keçirilir. Birinci üsulla var olan qızlıq pərdəsinin kənarları tikişlə birləşdirilərək müvəqqəti bərpa edilir. Burada qoyulan tikişlər 4-5 gün müddətində sorulub gedir. İkinci metod isə daha qalıcıdır. Bu zaman uşaqlıq yolunun selikli qişasından calaq edilərək, pərdə yenidən yaradılır. Bu əməliyyatdan sonra ilk cinsi əlaqə zamanı qanamanın olub-olmayacağı qeyri-müəyyəndir. Pərdənin tikildiyini isə yalnız mütəxəssislərin bilməsi mümkündür.
Araşdırmalarımız zamanı məlum oldu ki, əməliyyatı Azərbaycanda da həyata keçirən kifayət qədər klinikalar var. Qiymətlər isə fərqlidir: Əgər 2, 3 günlük etdirirsinizsə, 500 manat, 1 aylıqdırsa, 1200-1300 manatdır.
Bəs, bu cür əməliyyatların edilməsi nə dərəcədə doğrudur?
Məsələyə tibb elmləri doktoru, estetik cərrah Adil Qeybulla münasibət bildirib: "Bu cür əməliyyatlar qanunla qadağan olunmur. Bu mentalitetlə bağlı məsələdir. Əməliyyat toyqabağı problemləri ört-basdır etmək üçün nəzərdə tutulub. Nəyinsə müqabilində buna gedilə bilər. Mən bununla məşğul olmuram. Münasibətim isə normaldır".
Səhiyyə Nazirliyindən verilən açıqlamaya görə, dövlət müəssisələrində belə bir bərpa prosesi aparılmır. Amma özəl tibb müəssisələrində ginekologiya xidməti var, orda aparılır. Qızlıq pərdəsi müəyyən travma nəticəsində, başqa səbəblərdən də itirilə bilər. Yox, əgər pasiyent bunu öz partnyoruna başqa cür qələmə verirsə, dələduzluq edirsə, onun cəzası, mənəvi məsuliyyəti öz boynundadır.
Avropalılar nə düşünür?
İsveçrə Qadın Xəstəlikləri və Ginekologiya Cəmiyyəti (SGGG) kütləvi informasiya vasitələrində açıq məktubla çıxış edərək himenoplastika əməliyyatlarını məsləhət görmədiyini, həmin əməliyyatlara yalnız müstəsna ehtiyac duyularkən əl atılmasının gərəkdiyini bəyan edib.
Xəbəri paylaş
1 8268 dəfə oxunub.
Digər xəbərlər

1-04-2016, 17:06
613 min manata satılan “Mercedes”in real qiyməti məlum oldu
11-03-2023, 18:23
Şuşada 450 mənzilin istifadəyə veriləcəyi tarix AÇIQLANDI
30-05-2022, 13:33
Bu ölkədə avtomobillərin yuyulması qadağan edildi
7-04-2017, 18:56
"Biz Qarabağ problemini həll edə bilmirik" - Lukaşenko
2-05-2016, 21:18
Trampla görüşən azərbaycanlı gözəl - Foto/Video
5-04-2017, 16:40
ŞOK HADİSƏ: Əli Abbasov qayınatasını GÜLLƏBARAN ETDİ - (YENİLƏNDİ)
12-01-2018, 12:09
Çox çay içmək nə üçün ziyanlıdır?
22-01-2017, 12:55
Bakıda bahalı cinayət - "İşimə qarışma" deyib 72 yaşlı atasını özü ilə birlikdə həbsə sürüklədi
8-05-2023, 14:19
Arvadını öldürən şəxsin qulluqçu ilə xəyanət VİDEOSU yayıldı
22-01-2020, 16:42
Xəstəxanada körpədən telefonu alıb aparan şəxsin görüntüsü yayıldı