Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İşığa və qaza qoyulan limitlər aradan qaldırıla bilərmi? - "Qiymətləri aşağı da salmaq olar"
Tarix: 18-03-2019, 17:55 | Saat: 15:47:00
Bölmə:Karusel / Gündəm / Aktual | çapa göndər

İşığa və qaza qoyulan limitlər aradan qaldırıla bilərmi? - "Qiymətləri aşağı da salmaq olar"
Son zamanlar Azərbaycanda bir çox sahələrdə islahatlar aparılır.

Devalvasiyalardan sonra dollarla götürülən kreditlərlə bağlı yaranan problemlər bir müddət öncə öz müsbət həllini tapdı. Lakin bu devalvasiyadan sonra yaranan yeganə problem deyil. Belə ki, devalvasiyadan sonra Azərbaycanda elektrik enerjisi və təbii qazın istifadəsinə limit qoyulub. Həmin limiti keçdikdə elektrik enerjisi və təbii qaz abonentlər üçün iki qat qiymətə gəlib çıxır. Bu isə ailələrin büdcəsinə çox ciddi təsir edir.

Bəs görəsən, Azərbaycanda elektrik enerjisi və təbii qaza qoyulan limitlər aradan qaldırıla bilərmi? Dövlət Büdcəsinin bu limiti aradan qaldırmağa gücü çatırmı? Bu mövzuda suallarımızı iqtisadçı ekspetlər Natiq Cəfərli, Əkrəm Həsənov və Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu cavablandırıb.

İqtisadçı ekspert Natiq Cəfərli Yenicag.az-a açıqlamasında bildirib ki, əslində bu limitlərin sona qədər davam edəcəyi düşünülməmişdi:

“Elektrik enerjisi və təbii qaz Azərbaycanın təbii sərvətlərindən qaynaqlanan enerjidir. Buna görə də, Azərbaycan əhalisi onlardan istifadə edərkən müəyyən üstünlüklər də qazanmalıdır. Çünki resurs ölkələrdə bu cür yanaşma mövcuddur. Yeri gəlmişkən, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) fəaliyyətində müqavilələrə görə, 90-cı illərdən bəri səmt qazı Azərbaycana pulsuz verilir. Hər il təqribən 2.5-3 milyard kubmetr qaz Azərbaycana pulsuz təqdim olunur. Azərbaycan əhalisinin də işlətdiyi qaz təqribən bu qədərdir. Faktiki olaraq, Azərbaycan əhalisinin istehlak etdiyi qazı ABƏŞ Azərbaycana pulsuz təqdim edir. SOCAR ancaq o qazın daşınmasına və anbarlara vurulmasına cuzi pul xərcləyir. Əhaliyə limitin qoyulması doğru deyil. Kommersiya təşkilatlarına, şirkətlərə, hüquqi şəxslərə daha baha qiymət ola bilər. Bu normaldır, dünyanın hər yerində də qəbul olunmuş yanaşmadır. Məhz əhali üçün qaza limit qoyulması, qiymətin qaldırılması doğru deyil”.

Natiq Cəfərli qeyd edib ki, elektrik enerjisinə limitin ləğv edilməsilə yanaşı, hətta qiymət də aşağı salına bilər:

“Son dövrlər elektrik enerjisi ilə bağlı infrastruktur layihələri dövlət büdcəsindən maliyyələşdirilir. Dövlət büdcəsini həm də Azərbaycan vətəndaşları formalaşdırır. Biz inrastruktur layihələrinin obrazlı desək, pulunu artıq vermişik. Yeni yaradılmış enerji istehsalı müəssisələri Azərbaycan vətəndaşlarının iştirakı ilə yaradılıb. Ona görə də, elektrik enerjisinin qiymətində də bu nəzərə alınmalıdır. Azərbaycan əhalisinə qoyulan normalar tamamilə ləğv edilməlidir. Hətta normal yanaşma və hesablamalar aparılarsa, qiymətin aşağa salınma imkanları da var”.

ADP sədri Sərdar Cəlaloğlu vurğulayıb ki, Azərbaycanın təbii sərvətləri olduğuna görə, qiymətlər dünya bazarından fərqlənməlidir:

“Təbii sərvətlər Azərbaycan xalqının malıdır. Bu baxımdan da Azərbaycanda enerji daşıyıcılarının qiyməti dünyadakı qiymətlərdən aşağı olmalıdır. Azərbaycan dövlətinin elektrik enerjisi və təbii qaza qoyulan limiti aradan qaldırmağa gücü çatar. Hələ bu azmış kimi, qiymətləri aşağı da endirə bilər. Sadəcə olaraq, bunun üçün iş görmək lazımdır”.

Əkrəm Həsənov isə fərqli düşünür. Onun sözlərinə görə, əksinə Azərbaycanda elektrik enerjisinin və qazın qiyməti qaldırıla bilər:

“Azərbaycanda benzinin, elektrik enerjisinin qiyməti ümumən bazar dəyərindən aşağıdır. İqtisadi problemlər başladıqda dövlət büdcəsini doldurmaq əsas məsələlərdən biri olub. Nəzərə alsaq ki, vergi, gömrük islahatları keçirilir, Azərbaycanın neft gəlirləri uzunmüddətli prespektivdə aşağı düşəcək, buna görə də, Azərbaycanda enerji daşıyıcılarının qiymətinin aşağı düşməsi ehtimalını görmürəm. Qiymətlər olduğu kimi də qalacaq, ehtimal var ki, arta da bilər”.

Sonda Əkrəm Həsənov qeyd edib ki, dövlətin atacağı addımları anlamaq olar, ancaq bu gün əksər vətəndaşlarımız üçün vergiləri ödəmək çox çətindir.

1898 dəfə oxunub.
<>
Ömərov Toğrul İsgəndər oğlu. Uşaq Cərrahı PhD. Qəbula yazılmaq +994506729224. Usaqcerrahi.az
Əlaqə üçün: (WhatsApp) +994506729224 (İnstagram.com)⬇ ➡@rtogrulomarov_ushaq_cerrahi

Bölməyə aid digər xəbərlər
2-10-2016, 12:41 Sabah hava necə olacaq?

{sape_links}{sape_article}
bütün xəbərlər
____ Instagram ___