Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycan xalq mahnısını özününküləşdirən ermənilərə cavab – VİDEO
Tarix: 25-06-2015 | Saat: 21:16
Bölmə:Karusel / Gündəm / M2 / Foto-fakt / Xəbəraz TV | çapa göndər

Azərbaycan xalq mahnısını özününküləşdirən ermənilərə cavab – VİDEO
“Bədbəxtlikdən bizim dil...”

Son günlərdə müxtəlif kütləvi informasiya vasitələrində “Ay qız, kimin qızısan” Azərbaycan xalq mahnısının ermənilər tərəfindən özününküləşdirmə barədə informasiyalar yayılıb.

Xeberaz.az xəbər verir ki, Müəllif Hüquqları Agentliyindən Trend-ə verilən məlumata görə, qədim türk lüğətində (Leninqrad, 1969-cu il) və digər lüğətlərdə “dil” sözünün aşağıdakı mənası da var: ürək, qəlb, zövq, həvəs.

Bu söz “dilim-dilim” kəlməsində kök kimi işlənilir, yəni “tikə-tikə” olmaqdır və heç cür qədim erməni sözü ola bilməz: "Mahnının sözlərinə diqqət yetirsək, burada “Aç xurcunu, al bıçağı, Kəs almanı, ver yara dilim, dilim, dilim, dilim” sözləri fəlsəfi məna daşıyır. Bu fəlsəfi mənadan aydın olur ki, alma burada ürək, qəlb mənasına bənzədilir. Və burada almanın dilim-dilim kəsilməsi, yəni qəlbin dilim-dilim kəsilib yarla paylaşılması mənasında işlədilib. Belə fəlsəfi mənalara Azərbaycan xalq mahnılarında çox rast gəlirik”.

Qeyd olunur ki, bunlar nanay havası musiqisidir, folklorumuzdur və adətən “yallı” rəqsi ilə müşahidə olunur:

“Bu mahnının dərin fəlsəfi mənası olduğu üçün növbəti erməni oğurluğuna səbəb olub. Çünki məşhur erməni alimi Manuk Abeqyan (М.Абегян, “Народные напевы”) kitabında yazır:

“Bədbəxtlikdən bizim dil çoxmənalı sözlər, oxşar məna daşıyan ifadələr baxımından kasıbdır və buna görə də biz yaxşı bildiyimiz türk (Azərbaycan) dilinə müraciət edirik”




4438 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___