Cahangir Hacıyevin “Nardaran işi”nə gətirilməsi tələb olundu
Tarix: 18-11-2016 | Saat: 13:22
Bölmə:M / Karusel / İqtisadiyyat | çapa göndər
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Nardaran hadisələri"nə görə təqsirləndirilən Taleh Bağırov, Fuad Qəhrəmanlı və digər 16 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə “Azərbaycan Beynəlxalq Bankı”nın sabiq rəhbəri Cahangir Hacıyevin şahid qismində dindirilməsi istənilib.
Vəkil Yalçın İmanov vəsatət verərək bildirib ki, təqsirləndirilən Abbas Hüseynov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılarkən sabiq bankir C.Hacıyevlə eyni kamerada olub. Vəkil qeyd edib ki, C.Hacıyev müdafiəçisi olduğu A.Hüseynova verilən işgəncələrin şahidi olub. Bu səbəbdən C.Hacıyev prosesə gələrək bu barədə ifadə verməsini istəyib.
Məhkəmə kollegiyası vəsatəti baxılmamış saxlayaraq müzakirə olunacağını bildirib. Prosesdə fasilə elan olunub.
Xəbəri paylaş
5188 dəfə oxunub.
Digər xəbərlər

10-10-2016, 13:16
akıda evə basqın: döyüb pulları apardılar - YENİLƏNİB
28-04-2015, 13:32
Nərgiz Paşayevanın qızı italyan restoranının açılışında – FOTO
25-08-2020, 13:36
Ronaldinyo azadlığa buraxıldı
2-06-2017, 23:15
Pişik qucaqlayan işləmək istəyirsiniz?
25-09-2019, 11:35
AAK-nın sədri Famil Mustafayevə ünvanlanan 38 sual... - İTTİHAM
20-08-2015, 12:17
İlk görüşdə bunları etməyin
20-04-2018, 19:24
46 qıza təcavüz edən falçı ilə bağlı araşdırma başladı
30-11-2015, 17:39
Milli Şura ilə Hacı Talehi nə birləşdirir?
22-11-2022, 13:15
Arvadı boşanıb başqasına ərə getmək istədi, özünü yandırdı
2-07-2016, 12:38
98 illik polisin tarixi