"İntihar edən məktəbli qızı xilas etməyə çalışarkən ağır xəsarətlər alan 37 yaşlı Zahid Niyazovun vəziyyəti ağır stabildir".
Ailə yaxınlarının verdiyi məlumatına görə, Z.Niyazovun 8 saat davam edən çənə və qol əməliyyatı uğurlu olub:
"Hazırda Dövlət Gömrük Komitəsinin hospitalında müalicəsini davam etdirir. Həkimlər çənə və qol əməliyyatını icra etdilər. Özündədir, yanına ziyarətçi buraxılmır. Zahid Niyazov iki qız övladını və doğmalarını düşünmədən öz həyatı, sağlamlığı bahasına bu addımı atdı. Əksini edə bilməzdi. O bunu etməsə idi əminəm ki, ömrünün sonuna kimi vicdan əzabından əziyyət çəkəcəkdi. Zahid düşünmədən doğru olanı və həqiqətən özünə layiq olan mərd addımı atdı. Əzizləri onunla fəxr edir. Vəziyyəti ilə maraqlanan hər kəsə təşəkkür edirik".
Xatırladaq ki, mayın 3-də paytaxtın Xətai rayonu, Qədir Məmmədov küçəsində 11-ci sinif şagirdi, 2005-ci il təvəllüdlü Xumar Babayeva özünü binadan ataraq intihar edib. Hadisə zamanı aşağıda dayanmış 1984-cü il təvəllüdlü Zahid Niyazov onu xilas etməyə çalışarkən ağır xəsarətlər alıb.
İntihar edən məktəbli qızı tutmağa çalışan gömrük işçisinin SON DURUMU
Tarix: 10-05-2022 | Saat: 12:34
Bölmə:Karusel / Hadisə | çapa göndər
4608 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 10-05-2022 | Saat: 12:34
Bölmə:Karusel / Hadisə | çapa göndər
Digər xəbərlər
10-11-2016, 17:24
Donald Trampın Azərbaycandakı möhtəşəm oteli - FOTOLAR
22-01-2016, 19:03
Daha bir rus təyyarəsi vuruldu – Təcili
23-06-2015, 22:23
Bakı-2015: 9 boksçumuz yarımfinalda – YENİLƏNİB
28-12-2020, 12:29
Rusiyada COVID-19-dan ölənlərin sayı 55 mini ötdü
8-09-2017, 23:04
Kriminal aləmdə tanınan şəxs maşınında partladıldı
28-07-2016, 10:28
Bakıda polis qəza törətdi: yaralılar var
6-07-2015, 20:12
Kəskin nişançı hücumu, kameralara əks olundu
{sape_links}{sape_article}