Əfsanəvi futbolçu fəxri vətəndaşlıq aldı
Tarix: 06-07-2017 | Saat: 11:26
Bölmə:Karusel / İdman | çapa göndər
Dünya futbolunun canlı əfsanəsi Dieqo Armando Maradonaya Neapol şəhərinin fəxri vətəndaşlığı verilib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, argentinalı üçün şəhərdə geniş tədbir təşkil edilib.
1984-1991-ci illərdə formasını geyindiyi “Napoli”yə gəlişinin 33-cü ili münasibətilə Bələdiyyə sarayında keçirilən tədbirdə ona fəxri vətəndaşlıq verildiyi açıqlanıb. 57 yaşlı mütəxəssisə bu sənədi Neapol Bələdiyyə sədri Luici de Magistris təqdim edib.
Bununla bağlı fikirlərini bildirən Maradona özünü şəhərin bir fərdi kimi gördüyünü söyləyib: “Məni heç kim neapollular qədər sevmir”.
Şəhərin meydanında onun şərəfinə toplaşan 10 minə yaxın azarkeş bunu səhərə qədər qeyd edib. Onlarla birlikdə əylənən əfsanəvi “10 nömrə”nin “tullanmayan “Yuventus”lu olsun” deyə qışqırması azarkeşləri daha da coşdurub.
Qeyd edək ki, 8 ilə yaxın “Napoli”nin formasını geyinmiş Maradona 188 matçda 81 qola imza atıb, komandaya 1 dəfə UEFA Kubokunu, 2 dəfə A seriyası çempionluğunu, 1 dəfə İtaliya Kubokunu, 1 dəfə də İtaliya Superkubokunu qazandırıb.
Xəbəri paylaş
6158 dəfə oxunub.
Digər xəbərlər

12-11-2020, 10:05
Saatlıda kişi arvadını bıçaqlayaraq ÖLDÜRDÜ
24-12-2018, 11:05
2018-ci il: İtirdiyimiz tanınmışlar
10-11-2017, 11:22
Ağstafa bu qızdan danışır - VİDEO
24-05-2016, 06:20
Ərdoğan Binali İldırımı qəbul etdi
10-07-2015, 18:44
Müğənni Mətanətə yeni titul verdilər - VİDEO
22-05-2018, 10:21
Baş mütəxəssis: Qeysəriyyə kəsiyi nəticəsində doğulan BU UŞAQLARIN əqli inkişaf indeksi aşağı olur
31-08-2015, 16:12
Xədicə İsmayılova məhkəmədə son söz deyib
19-10-2022, 11:27
Azərbaycan XİN: 2020-ci ildə erməni terroru zamanı 12 uşaq həlak olub
19-03-2019, 18:58
"Gücünü arvadlara göstərirsən, səni kişi bilirdim"
27-02-2017, 10:42
Şəhid hərbçilərimizin adları açıqlandı- Ermənistan şərti pozub