Ana Sayfa > Karusel / İdman > Əfsanəvi futbolçu fəxri vətəndaşlıq aldı

Əfsanəvi futbolçu fəxri vətəndaşlıq aldı


6-07-2017, 11:26. Yazar: Xeberaz

Dünya futbolunun canlı əfsanəsi Dieqo Armando Maradonaya Neapol şəhərinin fəxri vətəndaşlığı verilib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, argentinalı üçün şəhərdə geniş tədbir təşkil edilib.
 
1984-1991-ci illərdə formasını geyindiyi “Napoli”yə gəlişinin 33-cü ili münasibətilə Bələdiyyə sarayında keçirilən tədbirdə ona fəxri vətəndaşlıq verildiyi açıqlanıb. 57 yaşlı mütəxəssisə bu sənədi Neapol Bələdiyyə sədri Luici de Magistris təqdim edib.
 
Bununla bağlı fikirlərini bildirən Maradona özünü şəhərin bir fərdi kimi gördüyünü söyləyib: “Məni heç kim neapollular qədər sevmir”.
 
Şəhərin meydanında onun şərəfinə toplaşan 10 minə yaxın azarkeş bunu səhərə qədər qeyd edib. Onlarla birlikdə əylənən əfsanəvi “10 nömrə”nin “tullanmayan “Yuventus”lu olsun” deyə qışqırması azarkeşləri daha da coşdurub.
 
Qeyd edək ki, 8 ilə yaxın “Napoli”nin formasını geyinmiş Maradona 188 matçda 81 qola imza atıb, komandaya 1 dəfə UEFA Kubokunu, 2 dəfə A seriyası çempionluğunu, 1 dəfə İtaliya Kubokunu, 1 dəfə də İtaliya Superkubokunu qazandırıb.


Geri dön