Baş mütəxəssis: Qeysəriyyə kəsiyi nəticəsində doğulan BU UŞAQLARIN əqli inkişaf indeksi aşağı olur
Tarix: 22-05-2018 | Saat: 10:21
Bölmə:Karusel / Səhiyyə | çapa göndər
Azərbaycanda mama-ginekoloqlar və neonatoloqlar tərəfindən aparılan maarifləndirmə işlərindən sonra hamilə qadınların 38-ci həftədən əvvəl qeysəriyyə əməliyyatı edilməsi halları azalır.
Bunu Səhiyyə Nazirliyinin baş neonatoloqu, qurumun Neonatoloji xidmətin təkmilləşdirilməsi üzrə xüsusi komissiyasının sədri Rüstəm Hüseynov deyib.
R.Hüseynovun sözlərinə görə, artıq mama-ginekoloqlar hamilə qadınları vaxtında, yəni hamiləliyin 39-cu həftəsində qeysəriyyə əməliyyatı etməyə çalışırlar:
“Müasir tədqiqatlar göstərir ki, 39 həftədən aşağı planlı şəkildə aparılan qeysəriyyə kəsiyi nəticəsində doğulan uşaqların əqli inkişaf (İQ) indeksi ümumi populyasiyadan 6 % aşağı olur".
Baş neonatoloq əlavə edib ki, qeysəriyyə kəsiyi əməliyyatının planlı şəkildə hamiləliyin tam 38-ci həftəsindən tez aparılması uşaqların sağlamlığında böyük problemlər yaradır.
Mütəxəssisin sözlərinə görə, bu hal yenidoğulmuşlar arasında ilk növbədə tənəffüs, daha sonra isə mərkəzi sinir, ürək-damar, mədə-bağırsaq və s. sistemlərdə problemlərin yaranmasına səbəb olur.
Qeyd edək ki, Azərbaycanda ümumi doğuşların azalmasına baxmayaraq, qeysəriyyə əməliyyatlarının sayı artır.
2012-ci ildə Azərbaycanda 173 376 doğuşun 30 794-u, 2013-cü ildə 171 508 doğuşun 28 954-i, 2014-cü ildə 168 889 doğuşun 30 561-i, 2015-ci ildə 164 614 doğuşun 45 942, 2016-cı ildə 158 051 doğuşun 46 555-i qeysəriyyə əməliyyatı ilə olub.
Ölkədə hər 100 doğuşa düşən qeysəriyyə əməliyyatlarının sayı da artıb.
Azərbaycanda 2014-cü ildə hər 100 doğuşdan 18,1-i, 2015-ci ildə 27,9-u, 2016-cı ildə 29,5-i qeysəriyyə kəsiyi əməliyyatı ilə baş tutub.
Xəbəri paylaş
8088 dəfə oxunub.
Digər xəbərlər

12-04-2017, 20:39
Uşaqlar barmağını niyə əmir? - VALİDEYNLƏR, DİQQƏTLİ OLUN
12-09-2016, 21:22
Qurban bayramında ‘’qurbanlıq pivə’’ rəzaləti...FOTO
14-04-2017, 23:15
Fatimənin özündən gözəl qızı Aydan ilə - FOTOLAR
29-01-2019, 10:36
İlham Əliyev: “Bütün şəhid ailələri evlərlə, mənzillərlə təmin ediləcək”
13-11-2015, 17:09
Erməni kəşfiyyatı hücuma keçdi, itkilər verdi
13-10-2018, 12:12
Bakıda yeni dələduz peyda oldu -''İnstagram''dan 35 nəfərə...
5-03-2022, 11:39
“PAYIM” şirkəti - Bizə eşşək, at əti və kardon yedirdirlər...FAKT
24-12-2015, 15:01
Kişi sevişərkən nə hiss edir?