Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Gücünü arvadlara göstərirsən, səni kişi bilirdim"
Tarix: 19-03-2019 | Saat: 18:58
Bölmə:Karusel / Gündəm / M2 / Müsahibə | çapa göndər

Utanın cənablar, UTANIN...!
"Gücünü arvadlara göstərirsən, səni kişi bilirdim"
Məhşur "Axırıncı aşırım" filmindən olan bu sözlər yəqin ki, çoxunuza tanışdı. 
Təəssüf ki, dövrümüzdə, xüsusən bəzi mətbuat nümayəndələri arasında kimlərəsə maşa olan "Qəmlo"ların sayı getdikcə artır. 
Bu tendensiya son günlər özünü bəzi KİV-lərdə daha çox göstərməyə başlayıb.
Belə ki, bəzi xəbər saytlarında  bir xanımla bağlı son dərəcə qərəzli bir munasibətin nəticəsi olduğu açıq-aydın gorünən, heç bir konkret faktın yer almadığı və şəxsiyyətin təhqir olunmasına xidmət edən yazılar dərhal diqqətimi çəkdiyi üçün bu tip yazılarla iyrənc bir oyunun iştirakçısına çevrilənlər barədə nə fikirləşdiyimi yazmağa ehtiyac duydum. 
Yazılarda adı hallanan şəxsin keçdiyi həyat yolu, əmək fəaliyyəti, onun şəxsi keyfiyyətləri ilə bağlı araşdırma aparmaq, onu geniş oxucu kutləsinə tanıtdırmaq istəyirəm. Çunki ortaya belə bir sual çıxır: Doğrudanmı cəmiyyətdə, çalışdığı kollektivdə dərin hörmətə malik olan bir insan haqqında əsassız şayələr yaymağa çalışırlar?

Əvvəlcə bu sahədə tanıdığım bir neçə nəfərlə göruşub onun barəsində soruşdum və internet vasitəsilə ətraflı məlumat topladım. Aydın oldu ki, hər şeyi olduğu kimi cəmiyyətə təqdim etməyə dəyər.

Abulova Vəsilə -  Azərbaycan Dəmir Yolları” QSC-nin Maliyyə rəisinin müavini, Azərbaycan Voleybol Federasiyasının Maliyyə məsələləri üzrə Vitse-prezidenti.
Yazının başlanğıcında qeyd etdiyim kimi bu yazının əsas mövzusu da Vəsilə xanımın bugünə qədər çalışdığı müxtəlif vəzifələrdə gördüyü məqsədyönlü fəaliyyəti ilə baglıdır.
 
Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin Maliyyə və Kredit fakültəsini bitirən Vəsilə Abulova karyerasına 2006-cı ildə “Azərinşaatservis” MMC-də İqtisadçı və Maliyyə mütəxəssisi kimi başlayıb. Bir müddət “Azelektromaş” MMC-də Baş Mühasib, 2014-cü ildən isə  “Bakı Elektriktökmə” QSC-də Baş Mühasib kimi çalışıb.  “Nurgün” şirkətlər qrupunda Maliyyə müdiri vəzifəsində işləyib.
2016-cı ildə “Azərreyl” Voleybol Klubunda Baş Mühasib, daha sonra klubun Vitse-prezidenti vəzifəsində çalışıb.  2016-cı ilin may ayından “Azərbaycan Dəmir Yolları” QSC-də Yükdaşıma Departameninin Maliyyə rəisi, 2017-ci ildən “ADY” QSC-nin Maliyyə rəisinin müavini vəzifəsində çalışır. Azərbaycan Voleybol Federasiyasının Maliyyə məsələləri üzrə Vitse-prezidentidir.
Bəri başdan deyim ki, mən eşitdiklərimə deyil, gördüklərimə inananam. Bu düşüncələrlə jurnalist təcrübəmdən istifadə edərək araşdırmalarıma başladım. Əvvəlcə internetdə haqqında son ildə yazılmış yazıları bir yerə yığdım və o yazıların hardan, hansı saytlarda və kimlər tərəfindən yazıldığını yoxladım. Bu yazıları dəqiq təhlil etdikdə məlum oldu ki, yazılar bir əldən çıxır və yayılır. Yazıların tam məqsədi məlum olmasa da, bir məna var kimlərsə Vəsilə xanımın uğurlarını istəmir, kimlərsə yuxarı dairələrdə onun haqqında mənfi rəy formalaşdırmağa çalışır. Ən pisi isə odur ki, bütün bu pis oyunlarda jurnalistlər alət edilir.
Şantaj yazmaqla bəslənən insanlar öz bədnam əməllərini həyata keçirə bilmək üçün ictimaiyyət və rəhbərliyin gözündən salmaq məqsədi ilə şər-böhtan xarakterli yazılardan istifadə edirlər.

Vəsilə xanımın çalışdığı sahələrdə verdiyi töhfələr respublika ictimaiyyətinə yaxşı bəllidir.  Təəssüf ki, bəziləri, xüsusən də mətbuatda olanların az da olsa bir qismi onun uğurunu görmək istəmir, öz xülyalarını həqiqət kimi qəbul etdirməyə çalışır, cəmiyyətdə gözdən salmaq üçün şər və böhtan dolu yazılar belə yazmaqdan çəkinmirlər. Amma... Unutmasınlar ki, Vəsilə xanımın əməkdaşı olduğu qurumun kollektivi də, rəhbərliyi də onu sizdən daha yaxşı tanıyır.
 Əyri prizmadan yazılan məqsədli fikirlər isə ancaq yazana və yazdırana ziyan gətirəcək.
P.S. Vəsilə Abulova dövlətinə, rəhbərliyinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.
Siz isə, cənablar, UTANIN...!


Xəbəri paylaş

1 4578 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___