Gələn ay 17 dərəcəyədək şaxta olacaq
Tarix: 31-10-2016 | Saat: 14:35
Bölmə:Karusel / Gündəm | çapa göndər
Ekologiya və Təbii Sərvətlər Nazirliyi noyabr ayına olan hava proqnozunu açıqlayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Xəbəraz.az "-a verilən məlumata görə, noyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir. Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimalı var.
Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 9-12 dərəcə isti (gecələr 5-10, gündüzlər 12-17, bəzi günlərdə 6-9 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 28-38 mm), bəzi yerlərdə isə bir qədər çox olacaq.
Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 6-9 dərəcə isti (gecələr 0-5 dərəcə isti, bəzi günlərdə 4-9 dərəcə şaxta, gündüzlər 13-18, bəzi günlərdə 5-10 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 18-28 mm), bəzi yerlərdə isə bir qədər çox olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında orta aylıq temperaturun 4-7 dərəcə isti (gecələr 0-5 dərəcə isti, bəzi günlərdə 4-9 dərəcə şaxta, gündüzlər 6-11 dərəcə isti, bəzi günlərdə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 27-34 mm) olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 6-9 dərəcə isti (gecələr 4-8 dərəcə isti, bəzi günlərdə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüzlər 10-15, bəzi günlərdə 3-8 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 15-24 mm), bəzi yerlərdə isə bir qədər çox olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında orta aylıq temperaturun 6-8 dərəcə isti (gecələr 1-6 dərəcə isti, bəzi günlərdə 2-7 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 12-17 dərəcə şaxta, gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 29-73 mm), bəzi yerlərdə isə bir qədər çox olacaq.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 9-11 dərəcə isti (gecələr 5-10, bəzi günlərdə 0-5, gündüzlər 12-17, bəzi günlərdə 5-9 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 25-45 mm), bəzi yerlərdə isə bir qədər çox olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 7-12 dərəcə isti (gecələr 5-9, bəzi günlərdə 1-3 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüzlər 11-16, bəzi günlərdə 5-9 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 55-170 mm), bəzi yerlərdə isə bir qədər çox olacaq.
Xəbəri paylaş
1 0608 dəfə oxunub.
Digər xəbərlər

15-12-2018, 10:38
Avstraliya Qüdsü İsrailin paytaxtı kimi tanıdı
22-09-2015, 17:58
Kübra Əliyevanın oğlu həbsxanada öldü - “Dayağım idi...”
18-12-2021, 11:54
Bakı-Ələt yolunda ağır qəza - Xəsarət alanlardan biri süni nəfəs aparatına qoşulub
27-11-2022, 12:00
Radiatorda paltar QURUTMAYIN: Bununla nəticələnə bilər...
17-10-2016, 02:49
Xaricə çıxışınıza "STOP" qoyulubmu? — Burdan öyrənin (VİDEO)
29-01-2017, 00:06
Dünyanın ən elastik qadını - FOTOLAR
1-04-2016, 23:36
Sarışın müğənni yeni imicdə - fotolar
11-01-2019, 15:15
DAMM-NİN MƏTBUAT EVİNDƏ "NƏRİMAN NƏRİMANOV" KİTABININ TƏQDİMATI
25-04-2016, 19:28
Mübariz Qurbanlı məhbusların ibadət otaqlarına baş çəkdi
15-03-2016, 20:16
Gəncədə 40 yaşlı qadın yoxa çıxdı - FOTO