Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakı-Ələt yolunda ağır qəza - Xəsarət alanlardan biri süni nəfəs aparatına qoşulub
Tarix: 18-12-2021 | Saat: 11:54
Bölmə:Karusel / Hadisə | çapa göndər


Dünən axşam saatlarında Bakı-Ələt yolunda baş verən qəza nəticəsində Kliniki Tibbi Mərkəzə yerləşdirilən 6 nəfərdən birinin vəziyyəti ağırdır.
Bunu açıqlamasında mərkəzin mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu deyib.
O bildirib ki, yaralılardan 3 nəfər - 11 yaşlı Əli Əlili, 61 yaşlı Akifə Qəhrəmanova və 27 yaşlı Zabit Mərdanov mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.
"Onlardan Əli Əlilinin xəsarətləri ağır olduğundan vəziyyəti kritikdir. Süni nəfəs aparatına qoşulub. Həkim müayinəsi zamanı ona kəllə-beyin travması və beyin əzilməsi diaqnozu qoyulub. Paralel olaraq ağciyərlərində də əzilmələr müşahidə edilir. Reanimasiya olan digər iki nəfərin də vəziyyəti də orta-ağır olaraq qalır", - deyə mərkəz rəsmisi bildirib.
E.Hidayətoğlu bildirib ki, hadisə nəticəsində xəsarət alan 1988-ci il təvəllüdlü Əliyeva Samirə, 1968-ci il təvəllüdlü Ağabəyova Gülzar və 1971-ci il təvəllüdlü Əliyev Xaliqin müalicəsi palata şəraitində davam etdirilir.
Hadisə nəticəsində xəsarət alan Nigar Əliyeva, Təranə Məmmədova və Əfsanə Ağabəyova isə evə buraxılıb.
Qeyd edək ki, dünən axşam Bakı-Ələt yolunun 61-ci kilometrliyində avtobusla minik maşının toqquşması nəticəsində ağır yol nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində 9 nəfər Kliniki Tibbi Mərkəzə gətirilib.
Qeyd edək ki, dünən axşam Bakı-Ələt yolunun 61-ci kilometrliyində avtobusla minik maşının toqquşması nəticəsində ağır yol nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində 9 nəfər Kliniki Tibbi Mərkəzə gətirilib.


Xəbəri paylaş

3398 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___