Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Mübariz Qurbanlı məhbusların ibadət otaqlarına baş çəkdi
Tarix: 25-04-2016 | Saat: 19:28
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Mübariz Qurbanlı məhbusların ibadət otaqlarına baş çəkdi
Aprelin 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 15 saylı cəzaçəkmə müəssisəsində “Dini radikalizm və onun fəsadları” mövzusunda tədbir keçirilib.

Xəbəraz.az "” tədbiri giriş sözü ilə açan Penitensiar Xidmətin “Cəmiyyət və cəza” jurnalının baş redaktoru, əldiyyə polkovniki Mehman Sadıqov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Penitensiar Xidmət arasında əməkdaşlığın xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. O bildirib ki, bu cür tədbirlər cəza çəkənlərin cəzadan azad olunduqdan sonra sosial adaptasiyasına şərait yaradılması, eyni zamanda dini radikalizm təhlükəsindən uzaq olmaları məqsədilə keçirilir.

Dövlət Komitəsinin dini maarifləndirmə məqsədi ilə müxtəlif tədbirlər, konfranslar və seminarlar təşkil etdiyini bildirən Mübariz Qurbanlı, bu işlərin əhalinin dinlə bağlı bilgilərinin sürətlə artırılmasına xidmət etdiyini vurğulayıb.

Komitə sədri dini radikalizmin yaranması səbəblərindən, onun yaratdığı fəsadlardan, ölkəmizdə dini radikalizmə qarşı aparılan mübarizədən danışıb. O qeyd edib ki, ölkəmizdə vicdan azadlığı ilə bağlı hüquqlar bərpa olunub, məscidlərlə yanaşı, kilsə və sinaqoqların fəaliyyətinə rəsmən icazə verilib, ölkə Konstitusiyasında bütün dini etiqadların qanun qarşısında bərabər olduğu göstərilib, insan şəxsiyyətinə və insanlıq prinsiplərinə zidd dini baxışlar qadağan edilib.

Daha sonra Mübariz Qurbanlı məhbusların ibadət otaqları ilə yaxından tanış olub və müəssisənin kitabxanasına DQİDK-nın nəşri olan kitablar hədiyyə olunub.
Görüşdə DQİDK-nın sədr müavini Səyavuş Heydərov, Penitensiar Xidmətin Tərbiyə işinin təşkili İdarəsinin rəis müavini, ədliyyə polkovnik-leytenantı İntiqam Əliyev iştirak ediblər.


Xəbəri paylaş

5888 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___