Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Xaricə çıxışınıza "STOP" qoyulubmu? — Burdan öyrənin (VİDEO)
Tarix: 17-10-2016 | Saat: 02:49
Bölmə:Karusel / Gündəm / M2 / Xəbəraz TV | çapa göndər

Xaricə çıxışınıza "STOP" qoyulubmu? — Burdan öyrənin (VİDEO)
Təsəvvür edin ki, xaricə ölkələrə səfər etmək istəyirsiniz biletinizi alıb hava limanına gedirsiz məhz son anda isə bildirirlər ki, sizin ölkəni tərk etməyinizə qadağa qoyulub.
Vergi və kredit borclarının artması fonunda bu hadisə ilə indi daha çox insan rastlaşır. Ədliyyə Nazirliyini istifadəyə verdiyi xidmətlə bu problem aradan qalxır.
Artıq istənilən vətəndaş ölkədən xaricə çıxışlarına qadağa qoyulub-qoyulmadığını asanlıqla öyrənə biləcək.
Bu, Ədliyyə Nazirliyinin istifadəyə verdiyi yeni elektron xidmət sayəsində mümkündür. Yeni xidmət borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məlumatın verilməsi adlanır.
Pulsuz olan bu xidmətdən istifadə də kifayət qədər sadədir. Belə ki vətəndaşlar elektron hökümət portalına girib öz şəxsiyyət vəsiqələrinin göstəricilərini buradakı müvafiq bölməyə daxil etməklə adlarının ölkədən çıxışına qadağa qoyulanlar arasınlda olub-olmadığını öyrənə bilər.
Hüquqşünas Asif Abdullayev deyir ki, xüsusi ilə problemli kreditlərin çoxalması fonunda bu xidmətin fəaliyyətə başlaması müsbət addımdır. Vətəndaşlar bir çox hallarda vergi borclarının yaranması, kredit ödənişlərinin ödənməməsi ilə bağlı məhkəmə proseslərinə laqeyd yanaşır və çıxarılan qərarlardan xəbərsiz olurlar.
Qeyd edək ki, aliment ödənişini etməyən və digər öhdəliklərini yerinə yetirməyən şəxlərində siyahıda adı ola bilər.



Xəbəri paylaş

8118 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___