Rusiyada 34 yaşlı Azərbaycan vətəndaşı polisə rüşvət verməkdə ittiham olunur
Tarix: 06-07-2016 | Saat: 14:20
Bölmə:Karusel / Hadisə | çapa göndər
Rusiyanın Kamçatka vilayətində Azərbaycan Respublikası vətəndaşı vəzifəli şəxsə rüşvət vermək ittihamı üzrə məhkəmə qarşısına çıxacaq.
"Xəbəraz.az "xəbər verir ki, Rusiya İstintaq Komitəsinin Kamçatka diyarı üzrə İstintaq İdarəsinin Petropavlovsk şöbəsinin müstəntiqləri 34 yaşlı həmyerlimizə qarşı qaldırılan cinayət işinin araşdırmasını başa çatdırıblar.
O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 291-ci maddəsinin 3-cü hissəsi üzrə törədilən cinayətdə (rüşvət vermək) ittiham olunur.
İstintaqın məlumatına görə, 2016-cı ilin aprel ayında müttəhim Petropavlovsk-Kamçatski şəhərinin Tuşkanova küçəsində yerləşən polis sahə məntəqəsinin xidməti otağında olub. O, orada Rusiya Daxili İşlər Nazirliyinin şəhər üzrə İdarəsinin polis sahə müvəkkilinə meyvə-tərəvəz satmaq üçün qanunsuz yerləşdirilmiş ticarət obyektinə görə tanışının inzibati məsuliyyətə cəlb edilməməsinə görə 3 min rubl məbləğində rüşvət verib.
İstintaq İdarəsi rəhbərinin böyük köməkçisi vəzifəsinin icraçısı Denis Voloşenko bildirib ki, o, pulu verdikdən sonra polis əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılan şəxs günahını etiraf edib və bu hərəkətinə görə peşmançılıq hissi keçirib.
Hazırda cinayət işi ittiham aktının təsdiq edilməsi və sonradan məhkəməyə göndərilməsi üçün prokurorluğa verilib.
Xəbəri paylaş
5728 dəfə oxunub.
Digər xəbərlər

19-09-2016, 18:50
DƏHŞƏT: Cinsi əlaqəyə razı olmayan 19 qadını diri-diri yandırdılar
4-02-2017, 23:38
Vizası olan müsəlmanların ABŞ-a girişinə icazə verildi
17-08-2018, 12:33
Şok kadrlar: kanalizasiyadan körpə çıxarıldı - FOTO
13-02-2022, 11:43
Bakıda sevgilisini döyən kişi şikayətə gələn polisləri bıçaqladı
3-08-2017, 10:54
Bakıda həbs edilən İŞİD-çi: "Evlənməyə gəlmişdim"
23-03-2021, 12:44
Millimiz Gürcüstana 11 cüdoçu ilə yollanır
5-01-2016, 12:33
Türkmənistanda tapılan neftçilərin cəsədləri Vətənə gətirildi
22-03-2016, 19:40
DOSTUM OLA BİLƏRSƏNMİ
11-01-2018, 10:39
Gədəbəydə qadını döyərək, 40 min manatlıq qızılını aparıblar