Vizası olan müsəlmanların ABŞ-a girişinə icazə verildi
Tarix: 04-02-2017 | Saat: 23:38
Bölmə:Karusel / Siyasət / Dünya | çapa göndər

Prezident Donald Trampın immiqrasiya fərmanın şamil edildiyi yeddi müsəlman ölkəsinin vizası olan vətəndaşlarının Birləşmiş Ştatlara girişinə icazə verilib.
"Xəbəraz.az " bildirir ki, Birləşmiş Ştatların Daxili Təhlükəsizlik Nazirliyinin nümayəndəsi Gillian Kristensan açıqlamasında Prezidentin fərmanının icrasının müvəqqəti olaraq dayandırıldığını bildirib. Onun sözlərinə görə, bununla bağlı aviaşirkətlərə də məlumat veriləcək.
Eyni açıqlama ilə Daxili İşlər Nazirliyi də çıxış edib: Vizaların geri alınması qərarının icrası dayandırılıb. Vizaları ləğv edilməyən və əllərində qanuni vizası olan şəxslər ölkəmizə gələ bilərlər. Bununla belə, əvvəllər olduğu kimi, ölkəyə daxil olan şəxslər ciddi şəkildə yoxlanılacaq.
Ötən gün ABŞ-ın Sietl federal məhkəməsi Prezidentin miqrasiyanı sərtləşdirən fərmanının ləğv olunması barədə qərar çıxarmışdı. Donald Tramp isə Tvitter səhifəsində hakimin qərarına münasibətini belə ifadə edib: "Ölkəmizin qayda-qanununa hörmət qoymayan hakimin qərarı gülüncdür və həmin qərar ləğv olunacaq".
Xatırladaq ki, ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp İraq, İran, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşlarının 90 gün ərzində ABŞ-a daxil olmasının qadağan edilməsi barədə fərman imzalayıb. Bundan əlavə, D.Tramp qaçqınların ABŞ-da yerləşdirilməsi barədə proqramı 120 gün müddətində dayandırıb.
5858 dəfə oxunub.
Digər xəbərlər

13-03-2017, 19:22
Azərbaycanlı müğənninin ikinci nəfəsi kimdir? -FOTO
1-01-2016, 23:32
Ağstafada bir milyon manatlıq “Çayka” satılır – VİDEO
24-04-2015, 20:44
“Qədim Bərdə və bərdəlilər”- Fotolar
4-09-2020, 00:49
Türkiyə evdə uduzdu
31-10-2021, 11:04
Azərbaycanın qadın boksçusu ailə qurdu: Bəy polisdir - FOTO
30-08-2016, 20:21
Mədəni xarab edən 8 vərdiş
13-05-2016, 21:00
Tağı Əhmədov bir dilim piroqa 70 manat verdi
24-11-2015, 12:41
Ana südünün artırılması
8-08-2020, 12:20
Nazir DYP-nin rəisini işdən çıxardı - Yeni təyinat
12-12-2017, 16:17
Pensiyalar nə vaxt veriləcək?