Bakıda həbs edilən İŞİD-çi: "Evlənməyə gəlmişdim"
Tarix: 03-08-2017 | Saat: 10:54
Bölmə:Karusel / Hadisə | çapa göndər

Suriyada və digər ərəb ölkələrində qanunsuz silahlı birləşmələrin tərkibində döyüşməkdə təqsirləndirilən Rövşən Qədirovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Anket məlumatları dəqiqləşdirilərkən məlum olub ki, Quba rayonunda anadan olan Rövşən Qədirov İstanbulda yaşayıb: "Orda Türkiyə vətəndaşı ilə ailə həyatı qurmuşam. 3 azyaşlı uşağım var".
Hakim bildirib ki, rəsmi nikahla bağlı arayış işdə yoxdur. Təqsirləndirilən şəxs Bakıya rəsmi nikahla düşmək üçün qayıtdığını deyib.
Rövşən Qədirov qeyd edib ki, Suriyada və ərəb ölkələrində olub: "Mən həmin ölkələrə getmişəm. Lakin heç bir silahlı əməliyyatda iştirak etməmişəm. Məqsədim humanitar yardımla bağlı olub. Həmin ölkələrdə olan müxtəlif xalqların nümayəndələrinə yardım eləmişik".
Məhkəmə baxışı avqustun 9-a təyin edilib.
Qeyd edək ki, Rövşən Qədirov Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb. Ona müxtəlif ölkələrdə qanunsuz silahlı birləşmələrdə iştirak etməklə bağlı ittiham verilib.
Xəbəri paylaş
5788 dəfə oxunub.
Digər xəbərlər

12-07-2020, 18:24
Azərbaycanda daha 520 nəfər koronavirusa yoluxdu, 8 pasiyent vəfat etdi
7-06-2018, 10:34
Ramazan ayının 22-ci günüdür – İMSAK VƏ İFTAR VAXTI
17-12-2018, 10:44
Türkiyədə fahişə əməliyyatı: 12 azərbaycanlı qadın tutuldu
5-05-2017, 20:59
Həyat yoldaşını dahiyə çevirən 8 qadın - FOTOLAR
18-02-2017, 16:57
Ziya Məmmədovun saytları Ramil Usubovu "vurur"? - RƏSMİ AÇIQLAMA
30-01-2017, 19:59
Demet də atışmanın baş verdiyi restoranda olub - Foto
26-10-2017, 18:35
"Space"də 18+ cizgi filminin yayımı dayandırılıb - "Erotika var idi"
6-10-2017, 15:22
Bu qidaları çox yesəniz, ölə bilərsiniz - SİYAHI
22-08-2020, 11:45
Ramiz Mehdiyevin nəvəsinin toyunda siyasi "tost"
4-09-2021, 12:01
Şəhid xanımı tələbə oldu - FOTOLAR