Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
DOSTUM OLA BİLƏRSƏNMİ
Tarix: 22-03-2016 | Saat: 19:40
Bölmə:Filmlər / Maraqlı / Fotogalereya | çapa göndər

DOSTUM OLA BİLƏRSƏNMİ

Özüm özümü qınadım,
Dost olaq deyə sınadım
Səni sevdiyim gözləri
Yaşlı qoyub gedərsənmi
Dostum ola bilərsənmi

DOSTUM OLA BİLƏRSƏNMİ

Gəncliyimi qurban etdim
Səni qəlbimdə gizlətdim
Təsəlli səsini bildim
Səsini səda edərsənmi
Dostum ola bilərsənmi

DOSTUM OLA BİLƏRSƏNMİ

Biz nələri yaşamadıq
Sevdik birlikdə olmadıq
Vüsal odunda yanmadıq
Hicran ola bilərsənmi
Dostum ola bilərsənmi

DOSTUM OLA BİLƏRSƏNMİ

Gözlərini görəcəksən
gözlərimə baxdığında
Mənə dostum deyərsənmi
Bir salamla keçərsənmi
Dostum ola bilərsənmi
DOSTUM OLA BİLƏRSƏNMİ

Dilimdə sənin ismindir
Qəlbimdə sənin evindir
Könlüm sənin həmdəmindir
Qəlbi viran edərsənmi
Dostum ola bilərsənmi

DOSTUM OLA BİLƏRSƏNMİ


Elnurə sənin gülündür
Xəyalları ümüdüdür
Sən bacara bilərsənmi
Vida deyib gedərsənmi
Dostum ola bilərsənmi


ELNURƏ AĞAZADƏ

DOSTUM OLA BİLƏRSƏNMİ



Xəbəri paylaş

2 6168 dəfə oxunub.

Digər xəbərlər
Müəllif: nadile
Tarix: 10 avqust 2016 11:22
ən çoc sevdiyim şeirdir.Elnurə xanım ən sevdiyim şeiri
bütün xəbərlər
____ Instagram ___