Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Erməni məmur danışdı, Yaponiya şoka düşdü
Tarix: 05-09-2020 | Saat: 14:51
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Dünya / Reportaj | çapa göndər



Məlum olduğu kimi, ötən gün Ermənistan Respublikasının Diasporla iş üzrə ali komissarı Zare Sinanyan yaponların çinlilər ilə koreyalıların sintezi olduğunu söyləyib. Bu hörmətsiz və ayrı-seçkilik ifadəsindən sonra Yaponiya Xarici İşlər Nazirliyi Ermənistana nota göndərib. Ancaq notadan sonra da Ermənistan rəhbərliyi üzr istəməyib.
Məsələ ilə bağlı  müxbiri ilə danışan Azərbaycanın Rus İcması sədrinin müavini, Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının müşaviri, siyasi müşahidəçi Anastasiya Lavrina bütün bunların son bir neçə onillikdə İrəvanda yürüdülən və millətçi baxışların formalaşmasına yönəldilən əhalinin zombiləşdirilməsi siyasətinin nəticəsi olduğunu söyləyib.
“Ermənistanın təhsil sistemi saxta tarixi faktlar, xalqların mənşəyi haqqında yanlış məlumatlar üzərində qurulub. Mediadaki məlumatlar və dərsliklər də bu “faktlar”a əsaslanır: qondarma erməni soyqırımı və "qədim erməni xalqı" haqqında nağıllar təkrarlanır, çünki onların fikrincə, hər kəs onlara borcludur və hər şey onlara məxsusdur. Hər şey həm ölkə daxilində, həm də onun xaricində təbliğat baxışlarının yayılması fikri ətrafında dönür. Bu da nəticə - mövcud vəziyyət, erməni diasporu rəhbərinin rüsvayçı açıqlaması”, - o deyib.
Lavrinanın sözlərinə görə, məlum vəziyyət ümumilikdə erməni diplomatiyası üçün çox utancvericidir:
“Yaponiyadakı erməni diasporunun balaca və sayının 100 nəfərdən az olmasına baxmayaraq, rəsmi Tokio özünə qarşı bu cür ayrı-seçkilik münasibətinə dözməyə razı olan deyil və təbii ki, bu, oradakı erməni səfirliyinin və diasporunun işinə mənfi təsir göstərəcək. Burada adı çəkilən çinlilər və koreyalılar da inciyə bilərlər. Yaponiyanın notasından sonra da Ermənistan Xarici İşlər Nazirliyi üzr istəmədi və erməni diasporunun rəhbərinə etiraz etmədi. Bütün bunlar Gündoğan ölkənin Ermənistana koronavirusla mübarizədə və səhiyyə sektorunun inkişafı üçün tibbi avadanlıqların alınmasına etdiyi köməkdən sonradır.
Niyə təəccüb edirik ki? Tarix erməni xəyanətinin bu kimi hallarına az şahidlik etməyib.
Bu, həm də iyul hadisələri zamanı Ermənistan-Azərbaycan sərhədindəki gərginlik barədə rəsmi Tokionun KİV-lərində geniş məlumat verildikdən sonra Yaponiyaya hörmətsizlik göstərməyə qərar verən dar düşüncəli bir hakimiyyətin “qisas”ı da ola bilər.
Yada salın ki, Yaponiya mediası ötən əsrin 90-cı illərinin əvvəllərində Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətindən də bəhs etmişdi”.



Xəbəri paylaş

9998 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___