Gənc müəllim tələbə qızın qaçırılmasına etiraz etdi - Təhqir olundu + Video
Tarix: 15-10-2019 | Saat: 12:25
Bölmə:Bütün xəbərlər / Karusel / Gündəm / Hadisə / Təhsil / M2 | çapa göndər
Gürcüstanın azərbaycanlılar yaşadığı Qardabani rayonunun Kalinino kəndində təhsil almaq istəyən qızların zorla qaçırılmasına etiraz edən gənc müəllim üzr istəməyə məcbur edilib.
Həmid Sadıx adlı müəllim feysbukda status yazaraq Təzəkənd kəndində dərs dediyi və bu il ali məktəbə qəbul olan qız şagirdinin avtobus dayanacağından zorla qaçırıldığını deyib:
“Vaxtilə dərs dediyim şagirdlərimdən birini zorla qaçırıblar. Bu gün universitetə ilk addımını atacaqdı, dayanacaqdan qaçırıblar. Bax belə murdar, əclaf adamlardan ibarətdir bizim icma. İndi ağsaqqallar düşəcək ortaya ki, barışın getsin”.
Bundan sonra gənc müəllimə təzyiqlər başlayıb və kənd əhalisi bir yerə toplaşaraq Həmid Sadıxı da camaatın içərisinə gətiriblər. Orada gənclər onu döyməklə hədələyiblər. Gürcüstan televiziyasının hazırladığı reportajda görünür ki, cavan oğlanlar Həmid Sadıxın üzərinə hücum etmək istəyəndə kənardan “döymə” çağırışları eşidilir.
Burada kişilər gənc müəllimi onlardan üzr istəməyə məcbur ediblər və bunu videoya çəkərək sosial şəbəkələrdə yayımlayıblar. Bundan sonra isə vətəndaşlar müəllim Həmid Sadıxın müdafiəsi, gənc qızların zorla ərə verilməsinə etiraz üçün kampaniya başladıblar.
Gənclər #MənHəmidəm #MüəlliməToxunma həştəqləri ilə paylaşımlar etməyə başlayıblar. Həmid Sadıx daha sonra paylaşım edərək ümumi kənd əhalisini yox, zorakılığı, zorakılığa bəraət verənləri və vermək istəyən şəxləri təhqir etdiyini bildirib.
Xəbəri paylaş
6798 dəfə oxunub.
Digər xəbərlər

4-12-2021, 15:05
POLİS BELƏ OLMALIDIR. JURNALİSTİN DİLİNDƏN
9-09-2022, 12:26
Küçədə səfil həyat sürən ANS TV-nin keçmiş əməkdaşı - VİDEO
11-01-2016, 13:52
Azərbaycanlı prodüserə ağır itki üz verdi
19-09-2016, 21:54
Azərbaycanda kredit büroları yaradılacaq - VİDEO
25-05-2018, 15:26
Kosmetoloq qurbanı olan məşhurlarımız - FOTO
21-11-2022, 09:05
Bakının bu ünvanında söküntü başlayıb - Sakinlərə kirayə pulu və mənzillər veriləcək
9-04-2020, 14:50
ETİBAR PİRVERDİYEV-havadarı olduğu ZƏKƏRİYYƏ POLADOVA öz çirkin yolunu getməyi davam etdirir...
21-06-2016, 11:47
Ayaqqabısında narkotik keçirmək istədi