Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda və Abşeronda 65 mağazadan oğurluq edən şəxs tutulub - FOTO
Tarix: 23-07-2020 | Saat: 18:24
Bölmə:Bütün xəbərlər / Karusel / Gündəm / Hadisə / Foto-fakt / Araşdırma | çapa göndər

Bakıda və Abşeronda 65 mağazadan oğurluq edən şəxs tutulub -FOTO

Bakı şəhər Baş Polis idarəsi, Nərimanov Rayon Polis İdarəsi və 18-ci Polis Şöbəsi əməldaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində paytaxt, eləcə də Abşeron rayonlarında silsilə oğurluqlar edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən  verilən məlumata görə, tədbir zamanı Şəmkir rayon sakini Sərdar Pənəhov tutulub.
Araşdırma zamanı onun paytaxt və Abşeron rayonunda ümumilikdə 65 ərzaq, geyim və mobil telefon mağazalarından, o cümlədən apteklərdən oğurluq hadisəsi törətdiyi sübuta yetirilib.
S. Pənəhov ifadəsində isə törətdiyi oğurluqlarının sayının isə yüzlərlə olduğunu bildirib.
Qeyd edilən faktlarla bağlı saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin oğurluq maddəsinin bir neçə bəndi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi üzrə polis orqanlarına və ya DİN-in “102” Zəng Mərkəzinə müraciət edə bilərlər.
 


Xəbəri paylaş

7418 dəfə oxunub.

Digər xəbərlər
7-12-2017, 12:00 Sabah qar yağacaq
2-05-2016, 17:54 Manat bahalaşdı - Rəsmi

bütün xəbərlər
____ Instagram ___