Bağlanan bankların vergi borcu açıqlandı - Siyahı, Məbləğ
Tarix: 11-05-2016 | Saat: 14:15
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər
Azərbaycanda lisenziyası ləğv olunan banklardan üçünün dövlət büdcəsinə 1 mln. 218 min manat məbləğində vergi borcu var
Bu barədə APA-nın sorğusuna cavab olaraq Vergilər Nazirliyindən bildirilib.
Məlumatda deyilir ki, 2015-ci ilin avqustunda müflis elan edilən "Evrobank" ASC-nin dövlət büdcəsinə 13 min 17,20 manat vergi borcu var. 2016-cı ilin əvvəlində lisenziyası ləğv edilən "United Credit Bank" ASC-nin isə vergi borcu 25 min 751,29 manat təşkil edir.
Bağlanan banklar arasında ən böyük vergi borcu olan isə "Texnikabank" ASC-dir. 2016-cı ilin əvvəlində lisenziyası ləğv edilən bu bankın 1 mln. 179 min 99,33 manat vergi borcu hələ də ödənilməyib.
Qeyd edək ki, "Atrabank" ASC-nin, "Azərbaycan Kredit Bankı" ASC-nin, "Gəncəbank" ASC-nin Mərkəzi Bank tərəfindən lisenziyalarının ləğv edildiyi tarixə vergi borcları olmayıb. "Bank of Azerbaijan" və "Qafqaz İnkişaf bankı" ASC-lərin lisenziyalarının ləğv edildiyi tarixə olan vergi borclarının dövlət büdcəsinə ödənilməsi təmin edilib.
Xəbəri paylaş
7158 dəfə oxunub.
Digər xəbərlər

31-05-2020, 14:17
Azərbaycanın Müdafiə Nazirliyindən Ermənistana müharibə XƏBƏRDARLIĞI
13-10-2015, 19:46
Türkiyə şəhid verdi – Azisin konsertləri ləğv olundu
8-10-2019, 15:45
Arvadını öldürən Nicat gömrükdə işləməyib - Rəsmi
19-05-2015, 22:40
Demet Akalından Azərbaycana başsağlığı
29-06-2015, 23:13
Rusiya Ermənistana 200 milyonu niyə ayırdı? (VİDEO)
25-12-2017, 14:28
Azərbaycanlı ata və oğul Rusiyada DƏHŞƏTLİ QƏZADA ÖLDÜ - FOTO
2-03-2017, 19:30
Kanada 11 sentyabr hücumuna hazırlaşır - Şok sənədlər
19-08-2021, 00:43
Əfqanların son ümidi: “Əfsanəvi komandir”in oğlu ölkəyə gəldi – FOTO
21-04-2017, 16:10
Vəfat edən rejissorun xanımı ƏSƏBİLƏŞDİ: “Allah ömür versə...” - FOTO
10-06-2023, 11:45
Paltaryuyan maşın mətbəxdə olmamalıdır – MARAQLI SƏBƏB