Balakəndə "Vitka" ləqəbli narkobaron saxlanıldı
Tarix: 27-03-2020 | Saat: 10:57
Bölmə:Bütün xəbərlər / M / Gündəm / Hadisə / Foto-fakt | çapa göndər
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti uğurlu əməliyyat tədbiri keçirib.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşları daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum olunmuş rayonun Qullar kənd sakini, “Vitka” ləqəbli Vidadi Əmralıyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 115 qramdan artıq narkotik vasitə olan qurudulmuş marixuana və 5,27 qram çətənə bitkisinin toxumları aşkar edilib.
Davam etdirilən əməliyyat tədbirləri ilə onun Qullar kəndi ərazisindəki yaşadığı evə və evin həyətyanı sahəsindəki tikililərə də baxış keçirilib. Oradan 4 ədəd sellofan torbalarda ümumi çəkisi 7 kiloqram 50 qram qurudulmuş marixuana, 104 qram çətənə bitkisinin toxumları, 2 ədəd elektron tərəzi, 19 ədəd ov tüfənginin patronları aşkar edilərək maddi sübut kimi götürülüb.
Faktla bağlı RPŞ-də saxlanılan şəxs barəsində cinayət işi başlanılıb, istintaq aparılır.
Xəbəri paylaş
5468 dəfə oxunub.
Digər xəbərlər

22-10-2022, 09:49
Bu maşınlar artıq Azərbaycana gətirilmir və satılmır - AÇIQLAMA
13-05-2016, 19:03
Bizi türk kəşfiyyatına Bərzani satır - PKK
16-06-2018, 11:11
Sumqayıtda 51 yaşlı kişi dənizdə batıb
14-02-2016, 19:57
Məşğulluq mərkəzləri hansı işləri təklif edir?
16-02-2016, 21:38
Prokuror polis rəisini bıçaqlayanlara 35 il cəza istədi
10-08-2015, 22:13
AZƏRTAC-ın adı dəyişdirildi
12-06-2022, 10:38
"İnstagram"da hər kəsin gözlədiyi yenilik - Yaxın günlərdə...
21-11-2018, 12:18
Hansı yuxular həqiqətə çevrilir?
5-03-2019, 21:03
Nazirlik Novruz bayramı ilə bağlı əhaliyə müraciət etdi