Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Prokuror polis rəisini bıçaqlayanlara 35 il cəza istədi
Tarix: 16-02-2016 | Saat: 21:38
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Prokuror polis rəisini bıçaqlayanlara 35 il cəza istədi
Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayon 5-ci polis bölməsinin rəisi Anar Şıxəliyevə qarşı cinayət törədən şəxslər Anar Əliyev, Ceyhun Niftəliyev, Nurlan Həsənov və Ələkbər Qəhrəmanovun məhkəməsi keçirilib.

Avropa.info lent.az-a istinadən bildirir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror çıxışı zamanı məhkəmədən Ələkbər Qəhrəmonovun 11 il, Ceyhun Niftəliyevin 8 il, Anar Əliyev və Nurlan Həsənovun isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Vəkillər müdafiə çıxışına hazır olmadığına görə məhkəmə prosesi gələn həftəyə qaldı.

Xatırladaq ki, zərərçəkmiş polis rəisi Anar Şıxəliyev məhkəmə istintaqı dövründə ifadə verib. O, ifadəsində təqsirləndirilən şəxslərin heç birini tanımadığını bildirib:

"Dostum Ələddinin "Mercedes Galenvagen" markalı avtomobili məndə idi. Ayna Sultanova tərəfə gedirdim. Getdiyim yerdə bir "Niva", bir də "Opel" markalı avtomobil qarşımı kəsdi. Maşına hücum etdilər. Beysbol çubuqları ilə maşına vurmağa başladılar. Şoka düşmüşdüm. Şüşələri qırdılar. İki nəfər mənə 3 bıçaq xəsarəti vurdu. Sonra hadisə yerindən qaçdılar. Bıçaq zərbələri qoluma, kürəyimə dəymişdi. Sonradan araşdırdım ki, bu şəxslər məni kiminləsə səhv salıblar. Buradakı şəxslərdən biri (Ceyhun Niftəliyevi göstərərək) mənə bıçaq vurub. O biri bıçaq vuran yoxdur. Şikayətçi deyiləm. Nə şikayətim var, nə də tələbim. Məni başqası ilə səhv salıblar".

Qeyd edək ki, hadisə 2014-cü il iyunun 20-ə keçən gecə "Xutor" qəsəbəsində qeydə alınıb. Polis rəisi dostuna məxsus "Mercedes Galenvagen" markalı avtomobili idarə edərkən naməlum şəxslər "Niva" və "Opel" markalı avtomobillərlə arxadan və qabaqdan onun yolunu kəsiblər. Təxminən 10 nəfərə yaxın adam avtomobillərdən düşərək əllərindəki taxta dəyənəklərlə "Mercedes Galenvagen"in bütün şüşələrinin sındırıb. Buna etiraz edən Şıxaliyev isə bıçaqlanıb. Ona sağ qolundan və kürək nahiyəsindən 3 xəsarət yetirilib.

Aparılan araşdırmalar zamanı hadisənin Xəyal Qəhrəmanov, Ələkbər Qəhrəmanov, Anar Əliyev, Ceyhun Niftəliyev, Nurlan Həsənov adlı şəxslər tərəfindən törədildiyi məlum olub.

Şübhəli şəxslər bir neçə ay gizlənərək istintaqdan yayına biliblər.Ələkbər Qəhrəmanov saxlanılan zaman onun üzərindən narkotik maddə- heroin aşkarlanıb.

Onlardan Xəyal Qəhrəmanovun cinayət işi ayrıca icraata götürülüb.


Xəbəri paylaş

6068 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___