Hansı yuxular həqiqətə çevrilir?
Tarix: 21-11-2018 | Saat: 12:18
Bölmə:Karusel / Maraqlı / M2 | çapa göndər
Qurani-Kərimin bir çox ayələri bizə xəbər verir ki, gördüyümüz yuxuların bəziləri bizə gələcəkdən məlumatlar verir. Misal üçün, Yusif (ə) peyğəmbərin əhvalatında buna şahid oluruq. İki nəfərin gördüyü yuxular həqiqətən də həyata keçir. Həmçinin Misir şahının gördüyü yuxu da onun kimi.
“Yusufla birgə zindana (şahın) iki qul(u) da daxil oldu. Onlardan biri dedi: «Mən (yuxuda,) özümün (şərab düzəltmək üçün) üzüm sıxdığımı görürdüm».
Və o birisi dedi: «Mən (yuxuda) gördüm ki, başımın üstündə çörək aparıram və quşlar ondan yeyirlər. Bizə bunların(yuxuların) yozumundan xəbər ver. Həqiqətən, biz səni yaxşılıq edənlərdən görürük»”. (“Yusif” 36).
Qurani-Kərimdə Həzrət Peyğəmbərin (s) gördüyü yuxuya Fəth” surəsində də işarə edilmişdir. İbrahimin (ə) gördüyü yuxuya isə “Saffat” surəsində işarə olunmuşdur.
Həzrət Peyğəmbər (s) yuxu haqqında buyurur: “Yuxu və röya üç cür olur:
- Bəzən Allah tərəfindən olan müjdədir.
- Bəzən şeytan tərəfindən olan qəm və qüssədir.
- Bəzən də insanın başında fırlatdığı fikirlərdir və o, onları yuxuda görür”.
Aydındır ki, şeytani yuxuların yozuma ehtiyacı yoxdur. Ancaq Allah tərəfindən müjdə olan yuxular insana gələcəkdə baş verəcək hadisələrdən xəbər verər.
Mənəvi filosofların nəzərinə görə, yuxu bir neçə dəstəyə böülünür:
1. İnsanın keçmişinə, arzu və meyillərinə aid olan yuxular.
2. Pərişan yuxular ki, xəyalın məhsulu olar.
3. Gələcəyə aid olan yuxular.
Pərişan yuxular o yuxulardır ki, insan fikirlərindən mənbə alar və gün ərzində keçirtdiyi hisslərin sayəsində meydana gələr. Baxmayaraq ki, psixoloqların nəzərinə görə bu yuxular insanın ruhi halından xəbər verir, ancaq bu yuxuların yozumu yoxdur.
Bəzi yuxuları isə yozmağa ehtiyac yoxdur, çünki onlar öz-özlüyündən baş verəcəklər haqqında aydın məlumat verər. Ancaq bəzi yuxuların yozuma ehtiyacı vardır. Misal üçün Misir şahının gördüyü yuxu kimi. (Həvzəh)
Hər bir halda deyə bilərik ki, yuxu aləmi Allahın möcüzələrindən biridir ki, insanı qəflətdən oyadan amillərdən biri hesab olunur. Hər kim dərk əhli olarsa, heç olmasa bu yuxuların ona demək istədiyini anlayar və qəflətdən ayılar. Başa düşər ki, bu yuxular öz-özlüyündə baş vermir. Onu həyata keçirən ali bir qüvvə vardır və bu qüvvə onun ruhunu axirət aləminə seyr etdirərək, həqiqətləri göstərmək istəyir.
(deyerler)
Xəbəri paylaş
9148 dəfə oxunub.
Digər xəbərlər

25-09-2015, 13:17
Futbolçularımız qələbə qazandı (VİDEO)
28-09-2019, 14:07
Saxta ipoteka sənədi hazırlayan dəstənin üzvləri saxlanıldı
3-08-2017, 10:02
Leyla Əliyeva qardaşının yubileyini belə təbrik etdi - Foto
8-01-2022, 18:13
"Taliban" qadınların hamama getməsini qadağan ETDİ
2-05-2021, 02:30
Asan əldə ediləcək uğurlar və xoş sürprizlər günüdür - BÜRCLƏR
21-08-2017, 11:58
Doğuşdan sonra ginekoloqlar bu orqanı nə edir? - GİZLİ SAXLANILAN BİZNES
20-01-2017, 18:48
Hacı Zeynalabdin qəsəbəsində 20 Yanvar şəhidləri anıldı - Fotolar
18-01-2016, 15:52
Aldığı köhnə maşından 7 kisə dollar çıxdı - Video
3-12-2021, 00:13
Yüksək rütbəli hərbçilərimizin düşdüyü qəzadan ŞOK VİDEO YAYILDI: Sən demə hadisə...