Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bu maşınlar artıq Azərbaycana gətirilmir və satılmır - AÇIQLAMA
Tarix: 22-10-2022 | Saat: 09:49
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər



Uzun müddətdir sosial şəbəkələrdəki elan səhifələrində 90-cı illərin alman maşınlarına, həmçinin sovet istehsalı olan maşınlara rast gəlinmir. Yaxud təsadüfi hallarda belə elanlar görünür.

Avtomobil ekspertlərinin fikrincə, artıq indi alıcılar ekonom, mühərrik həcmi az olan avtomobillərə daha çox üstünlük verirlər.

Bəs görək, hansı avtomobillərin xaricdən gətirilməsi kəskin azalıb və ya dayanıb?

Suallara avtomobil bazarı araşdırmaçısı, ekspert Sərxan Qədirov açıqlamasında aydınlıq gətirib. Onun sözlərinə görə, dizel və mühərrikinin gücü az olan avtomobillərə indi tələbat artıb:

"Hazırda ölkəyə ən çox Avropadan dizel mühərrikli "KİA" və "Toyota Corolla" markalı avtomobillər gətirilir. Ekonom, mühərrik həcmi az olanlara üstünlük verilir.

Son zamanlar "Chevrolet Cruze"lar və Aİ-95 markalı benzinlə çalışan avtomobillər demək olar ki, gətirilmir. Həmçinin ABŞ-dan "Toyota Prius"ların gəlişi əvvəlki kimi davam edir.


Bakının maşın bazarında onların alıcı qüvvəsi də normaldır. Bu avtomobillərə daha çox sahibkarlar maraq göstərirlər. Sahibkarlar "Prius"ları alır və müxtəlif icarə qaydaları ilə taksi xidmətinə cəlb edirlər.

Sovet istehsalı olan avtomobillərin satışı isə olduğu kimi də qalır. Onlara maraq hələ də azalmayıb".




Xəbəri paylaş

5388 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___