Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ramiz Mehdiyev koronavirusla bağlı sərəncam imzaladı - SİYAHI
Tarix: 13-03-2020 | Saat: 02:46
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Səhiyyə | çapa göndər

Ramiz Mehdiyev koronavirusla bağlı sərəncam imzaladı -SİYAHI
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyev koronavirusla bağlı profilaktik tədbirlər haqqında sərəncam imzalayıb.
"Xeberaz.Az" xəbər verir ki, sərəncamla AMEA-nın elmi müəssisə və təşkilat rəhbərlərinə aşağıdakılar tapşırılıb:
- Ciddi zərurət olmadığı halda müxtəlif xarakterli kütləvi tədbirlərin keçirilməsi məhdudlaşdırılsın,
- İşçilərin koronavirusun yayıldığı ölkələrə ezamiyyətləri məhdudlaşdırılsın,
- AMEA-nın müvafiq inzibati binalarında müntəzəm olaraq sanitar-dezinfeksiya işlərinin həyata keçirilməsi təmin edilsin,
- Təqaüd yaşlı işçilərin işə davamiyyətində güzəştli şərtlər tətbiq edilsin,
- Qrip əlaməti müşahidə olunan işçilərin işə davamiyyəti məhdudlaşdırılsın və onların dərhal həkimə müraciət etmələri üçün maarifləndirici işlər aparılsın,
- İşçilərin yoluxma hallarını istisna etmək məqsədi ilə elmi müəssisə və təşkilatların fəaliyyət xüsusiyyətlərini nəzərə alaraq, əlavə güzəştli davamiyyət rejimi tətbiq edilsin,
- AMEA-nın müvafiq inzibati binalarınln girişlərində qripə yoluxma hallarının müəyyənləşdirilməsinə imkan verən ilkin tibbi yoxlamalar tətbiq edilsin və bunun üçün tələb olunan müvafiq tibbi ləvazimatlar alınsın,
- AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinə tapşırılsın ki, koronavirusdan qorunma üsulları ilə bağlı kütləvi informasiya vasitələrində müvafiq mütəxəssislər tərəfindən çıxışların edilməsi, maarifləndirici materialların dərc edilməsi təmin olunsun,
- AMEA-nın İşlər İdarəsinə tapşırılsın ki, AMEA Rəyasət Heyətinin binasında tibb məntəqəsinin təşkil edilməsi və bu sərəncamın icrasından irəli gələn digər məsələlərin həlli təmin edilsin.
Sərəncamın icrasına nəzarət AMEA-nın birinci vitse-prezidenti akademik İbrahim Quliyevə tapşırılıb.


Xəbəri paylaş

7918 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___