Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Səhiyyə > Ramiz Mehdiyev koronavirusla bağlı sərəncam imzaladı - SİYAHI
Ramiz Mehdiyev koronavirusla bağlı sərəncam imzaladı - SİYAHI13-03-2020, 02:46. Yazar: Xeberaz |
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyev koronavirusla bağlı profilaktik tədbirlər haqqında sərəncam imzalayıb. "Xeberaz.Az" xəbər verir ki, sərəncamla AMEA-nın elmi müəssisə və təşkilat rəhbərlərinə aşağıdakılar tapşırılıb: - Ciddi zərurət olmadığı halda müxtəlif xarakterli kütləvi tədbirlərin keçirilməsi məhdudlaşdırılsın, - İşçilərin koronavirusun yayıldığı ölkələrə ezamiyyətləri məhdudlaşdırılsın, - AMEA-nın müvafiq inzibati binalarında müntəzəm olaraq sanitar-dezinfeksiya işlərinin həyata keçirilməsi təmin edilsin, - Təqaüd yaşlı işçilərin işə davamiyyətində güzəştli şərtlər tətbiq edilsin, - Qrip əlaməti müşahidə olunan işçilərin işə davamiyyəti məhdudlaşdırılsın və onların dərhal həkimə müraciət etmələri üçün maarifləndirici işlər aparılsın, - İşçilərin yoluxma hallarını istisna etmək məqsədi ilə elmi müəssisə və təşkilatların fəaliyyət xüsusiyyətlərini nəzərə alaraq, əlavə güzəştli davamiyyət rejimi tətbiq edilsin, - AMEA-nın müvafiq inzibati binalarınln girişlərində qripə yoluxma hallarının müəyyənləşdirilməsinə imkan verən ilkin tibbi yoxlamalar tətbiq edilsin və bunun üçün tələb olunan müvafiq tibbi ləvazimatlar alınsın, - AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinə tapşırılsın ki, koronavirusdan qorunma üsulları ilə bağlı kütləvi informasiya vasitələrində müvafiq mütəxəssislər tərəfindən çıxışların edilməsi, maarifləndirici materialların dərc edilməsi təmin olunsun, - AMEA-nın İşlər İdarəsinə tapşırılsın ki, AMEA Rəyasət Heyətinin binasında tibb məntəqəsinin təşkil edilməsi və bu sərəncamın icrasından irəli gələn digər məsələlərin həlli təmin edilsin. Sərəncamın icrasına nəzarət AMEA-nın birinci vitse-prezidenti akademik İbrahim Quliyevə tapşırılıb. Geri dön |