Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Nəriman İbayevi Zabrat məscidinin axundu təyin etməklə Zabrat camaatına arxadan xəncər vurublar - Mübariz Məsimoğlu
Tarix: 07-12-2022 | Saat: 12:47
Bölmə:M / Karusel / Gündəm / Xəbəraz TV / Reportaj / Araşdırma | çapa göndər


Tanınmış şair, Hüquqşünas Mübariz Məsimoğlu yeni təsis etdiyi Dorduncudalga.az xəbər saytında uzün illərdi yaşadığı Sabunçu rayon Zabrat qəsəbəsinə Qafqaz müsəlmanlar idarəsi tərəfindən yeni təyin olunan axund Nəriman İbayevi tənqid edib. O, bu təyinatı Zabratlılara arxadan vurulan xəncər kimi qiymətləndirib.

"Azərbaycan Reallığı" Mübariz Məsimoğlunun sözügedən yazsın təqdim edir: 

"Bakının 32 kəndi haqqında yazılan bir meyxanada Zabratın aman yeri olması xüsusilə vurğulanır. Bu qəsəbənin yerli sakinləri, həqiqətən də, aman əhlidilər. Xüsusilə də, burada yaşamağa gələn imkansız insanlara qarşı. 60 illik ömrümün  son 40 ili bu qəsəbədə keçib. Həyat yoldaşım bu kənddəndir. Övladlarım bu kənddə böyüyüb boya-başa çatıblar.

Mübariz Məsimoğlu

Tam səmimi şəkildə deyirəm ki, Zabrat camaatında olan qürur hissini mən başqa regionlarımızda görməmişəm. Lap acından ölsələr də belə nəinçi özgəyə, heç doğma adamlarına belə əl açmazlar. Bu cammaat heç öz dərdi - sərini həll etmək üçün hökumətə belə narahatedici təkliflər verməzlər. Bu səbəbdən mərkəzi hakimiyyətin bir addımlığında yerləşməsinə baxmayaraq ən ucqar dağ kəndindən belə yolları-izləri darmadağındı, küçələri 30 ildir ki, təmirdən uzaq saxlanılır. Dərəli -təpəli yollarına adda-budda daşlar döşənib. Adamlar yağış yağanda bu daşların üstü ilə tullana-tullana yeriyirlər...

Dünən Tovuzdan Zabrata qayıdanda qəribə bir xəbər aldım. Zabrat məscidinin axundunu dəyişdirilməsi xəbərini. Aldığım məlumata görə  Zabratın axundunu dəyişib onun yerinə Nəriman İbayev adlı birisini təyin ediblər. Onu da qeyd edim ki, Zabratın axundu titulunu Hacı Eyvaza kənd camaatı özü verib. Uzun illərdir ki, o bu titulu ləyaqətlə ləyaqətə mindirir.

Nəriman İbayev

Zabratın ən təmiz ailəsində doğulub yetişmiş din və dövlət ərkanına sahib olan bir insandır. İndi onun yerinə Nərman İbayev adlı birisini təyin ediblər. Mən bilmirəm bu təyinat hökumət məmurları tərəfindən irəli sürülüb, yoxsa Qafqaz Müsəlmanları idarəsi tərəfindən. Yoxsa ikisinin birgə təsəbbüsü ilə həyata keçirilib.Hər üç halın üçü də yalnışdır.

Əvvala, bu Nəriman İbayevin kimliyi barədə İnternet məkanında çox neqativ məlumatlar yayılıb. Məlum olan budur ki, özü İmişlidəndir. Hansı yollası Tovuzda bir məcidə  axund təyin edilib. Axundu olduğu məscidi çox bərbad vəziyyətə salıb. Əhaliilə dil tapa bilməyib oradan uzaqlaşdırılıb. İndi Zabrat məscidinə göydən zənbillə endirilib. Zabrat məscidi, məhz, hacı Eyvazın nüfuzu və təşkilatçılıq qabiliyyəti əsasında təzədən təmir olunub gül kimi bir vəziyyətə salınıb.

Nizamı, intizamı var.Kənd camaatının rahat şəkildə dini rituallarını həm fiziki, həm də mənəvi baxımdan həyata keçirən bir  müqəddəs yerə dönüb artıq bu məscid. İndi bu məscidə Nəriman İbayevi axun təyin etməklə Zabrat camaatına arxadan xəncər vurublar. Yuxarıda qeyd etdiyim kimi Zabrat aman əhlidir,amma ta bu qədər də yox. Özlərinin yığışdığı bir müqəddəs məkanı hansısa İbayevə güzəşt edtmək artıq bu böyük ürəkli insanlar üçün qırmızı xətt olacaq məncə.

Hələlik bu qədər.

Mövzunu diqqətdə saxlayacağıq.


AZƏRBAYCANREALLIĞI.COM  



Xəbəri paylaş

5848 dəfə oxunub.

Digər xəbərlər
25-06-2016, 18:26 Putin Çində səfərdədir

bütün xəbərlər
____ Instagram ___