Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Eldar Mahmudovun işdən çıxarılmasının səbəbi – Təhlil
Tarix: 19-10-2015 | Saat: 16:04
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

Eldar Mahmudovun işdən çıxarılmasının səbəbi – Təhlil

Oktyabrın 17-də prezident İlham Əliyevin sərəncamı ilə Eldar Mahmudovun milli təhlükəsizlik naziri vəzifəsindən azad edilməsi ölkə mətbuatına şok effekt yaradıb. KİV-ləri bir-birə qatan bu xəbər hazırda günün ən aktual mövzusuna çevrilib

Hazırda hamını bir sual düşünürdür: MTN nazirinin işdən çıxarılmasının səbəbi nədir?

Yerli mətbuatda bu sual ətrafında müxtəlif iddialar səslənir, sensasiya sayılacaq versiyalar irəli sürülür və ən əsası, təsdiqini tapmayan təzadlı xəbərlər ard-arda manşetlərdə tirajlanır.

Mətbuatın gündəliyinə nəzər salsaq görərik ki, bəzi iddialara görə, Mahmudov yüksək çinli məmurların telefon danışıqlarını ölkə başçısının icazəsi olmadan dinlədiyi üçün işdən çıxarılıb. Digərləri isə bu dəyişikliyi Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin “maliyyə fırıldağı” işi ilə əlaqələndirirlər. Təəccüblü görünsə də, MTN nazirinin Ankaradakı terrora görə vəzifəsini itirdiyini düşünənlər də var. Təsdiqini tapmayan bu tip informasiyalar oxucular arasında çaşqınlıq yaradır.

Əslində E.Mahmudovun işdən çıxarılma səbəbi tam başqadır. Çox ciddi görünən versiyaya görə, Eldar Mahmudovun tutduğu vəzifədən uzaqlaşdırılmasının gerçək səbəbi onun və rəhbərlik etdiyi qurumun ölkədə fəaliyyət göstərən iş adamlarına, sahibkarla, iri biznes sahiblərinə qarşı həyata keçirdikləri qanunsuz yoxlamalar və təzyiqlərlə bağlıdır.

Keçmiş nazir Prezident İlham Əliyevin keçirdiyi müşavirələrdə məmurlara ünvanladığı “sahibkarlığın inkişafına mane olmayın” xəbərdarlıqlarına əməl etməyib və daha da irəli gedərək, vəzifə səlahiyyətlərindən istifadə etməklə sahibkarlığın inkişafına mane olan süni əngəllər yaratmaqla məşğul imiş.

Mahmudov və nazirlikdə onun sifarişi ilə çalışan “qrup” iri müəssisələrdə, biznes obyektlərində qəsdən qanunsuz yoxlamalar keçirməklə onlardan haqq almağa səy göstərib. Sahibkarlar MTN-in heç bir əsas olmadan onların işinə qarışmasından birbaşa ölkə başçısına şikayətlər ediblər. Haqqında saysız-hesabsız şikayətlər yığılan nazirin yol verdiyi ciddi nöqsanlar sonda onun vəzifəsini itirməsinə səbəb olub.

“Qafqazinfo” saytının yazdığına görə, Prezidentin xüsusi tapşırıqlarından sonra aparılan araşdırmalar nəticəsində məlum olub ki, Eldar Mahmudov başda olmaqla nazirliyin bir qrup yüksək rütbəli əməkdaşları, əsasən general-mayor Teymur Quliyev, antiterror mərkəzinin rəis müavini İlqar Quliyev, MTN-in monitorinq mərkəzinin əməkdaşı Natəvan Məmmədova, o cümlədən, nazir müavini, general-leytenant Hilal Əsədov, general-mayor Akif Çovdarov və digər şəxslər uzun müddətdən bəri Azərbaycanda iş adamlarına qarşı xüsusi qurğular qurmaqla cinayətlər törədiblər. Onlar bu yolla milyonlarla manat vəsait mənimsəyiblər. Hazırda adıçəkilən şəxslərin bir qrupu həbs edilib, Eldar Mahmudov başda olmaqla Akif Çovdarov, Hilal Əsədov və digər generallar nəzarətə götürülərək əməlləri araşdırılır.

Xatırladaq ki, Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında prezident İlham Əliyev sahibkarların incidilməsi ilə bağlı ciddi məsələ qaldırmışdı.

Çıxışında vəzifə səlahiyyətlərini aşan məmurlara barmaq silkələyən ölkə başçısı sahibkarlara problem yaradan vəzifə sahiblərinin cəzalandırılacağının anonsunu vermişdi. "Yerli icra hikimiyyəti və hüquq-mühafizə orqanları bəzi hallarda sahibkarlara problemlər yaradırlar"-deyə vurğulayan prezident açıq şəkildə bəzi hallarda iş adamlarında qanunsuz yerə pul tələb edildiyini diqqətə çatdırmışdı:

- Sahibkar heç kimə borclu deyil. Nə yerli icra hakimiyyəti orqanlarına, nə də hüquq-mühafizə orqanlarının nümayəndələrinə. Sahibkar yalnız dövlətin vergisini verməlidir, vəssalam. Sahibkarları boğurlar, soyurlar, incidirlər. Bu dözülməz haldır. 9 ayda 67 minə yaxın iş yeri yaradılıb, 30 min bağlanıb. Bax, bunun təhlilini aparmaq lazımdır. Mənə də məlumat verilsin. İş yerlərini bağlayan sahibkarları dəvət edib, soruşmaq lazımdır... Əlbəttə, bunun obyektiv səbəbləri var, amma subyektiv səbəbləri də var. Gəlirlər, əsassız tələblər irəli sürürlər, sanki kimsə bunlara borcludur. Heç kim, heç kimə borclu deyil. Bu əməlləri törədənlər ciddi şəkildə cəzalandırılacaq. Onlar bu çirkin əməllərdən əl çəksinlər. Bu, bizim siyasətəmizə ziddir, digər tərəfdən imkan vermir ki, iqtisadiyyatımız inkişaf etsin. İmkan vermirlər sahibkarlar ölkədə rahat işləsinlər.

Prezidentin bu tapşırığından sonra sahibkarların qəniminə çevrilən MTN nazirin işdə qalması mümkün deyildi. Ölkə başçısı 17 oktyabr sərəncamı ilə Mahmudov kimi vəzifə səlahiyyətlərindən istifadə edən məmurların onun komandasında olmayacağını nümayiş etdirdi. (azvison.az)


Xəbəri paylaş

8358 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___