Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Qafqaz Rusiyadan ən çox əziyyət çəkən yerdir - ABŞ
Tarix: 28-04-2016 | Saat: 17:48
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər

Qafqaz Rusiyadan ən çox əziyyət çəkən yerdir - ABŞ

Qara dəniz və Cənubi Qafqaz son illər ərzində Rusiyanın aqressiv siyasəti ucbatından daha həssas olub.

"Xəbəraz.az " xəbər verir ki, bunu “Bild” qəzetinə açıqlamasında ABŞ Müdafiə nazirinin köməkçisinin müavini Maykl Karpenter söyləyib. Onun sözlərinə görə, Rusiya bu regionda fəaliyyət üçün çoxsaylı metodlardan istifadə edib. O, məhz bu iki regionun Rusiyanın qayıdışından daha çox əziyyət çəkdiyini bildirib:

“Rusiyanın 2008-ci ildə Gürcüstana və iki il bundan əvvəl Ukraynaya hücumu göstərdi ki, Moskva dünya düzəninin əsas prinsiplərinin heç birinə məhəl qoymur. Rusiya heç bir bölgəyə Cənubi Qafqaz və Qara dəniz qədər təsir etməyib. Onlar buraya energetika, informasiya, hərbi, siyasi, iqtisadi və digər yollarla müdaxilə etməyə çalışırlar. Rusiya Donbasa hücum edəndə biz bu bölgə ilə bağlı siyasətimizə yenidən baxmağa məcbur olduq. Rusiyanın bugünkü addımları onun gələcək inkişafına növbəti 25 ildə təsir edəcək”.
Axar.az


Xəbəri paylaş

6128 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___