Bakı metrosu işçi götürür (FOTO)
Tarix: 16-02-2016 | Saat: 11:14
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
"Bakı Metropoliteni” QSC-də bir neçə ixtisas üzrə vakant yerlərə qəbul prosesi davam etdirilir.
Metronun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin verdiyi məlumata görə, fevralın 13-ü "Bakı Metropoliteni” QSC-nin Təlim-Tədris Mərkəzində müəssisənin mütəxəssislərindən ibarət kadr komissiyası tərəfindən işə qəbul imtahanı keçirilib.
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidmətindən göndərişlə müraciət edən namizədlərin işə qəbulu yol elektriki, yol montyoru, yardımçı fəhlə, təmir üzrə çilingər, elektrik çilingəri və digər ixtisaslar üzrə aparılıb.
Qeyd edək ki, ilkin seçim mərhələsində müraciət edənlər vakansiyanın tələblərinə uyğunluğu yoxlanıldıqdan sonra imtahana buraxılıblar. İmtahanı müvəffəqiyyətlə keçən 63 nəfərlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin qanunvericiliyinə uyğun əmək və hüquq münasibətlərini tənzimləyən müqavilə rəsmiləşdirilib. 19 nəfər müraciət edən isə dəvət olunmalarına baxmayaraq imtahanda iştirak etməyib.
İşə qəbul imtahanını uğurla keçən namizədlər "Bakı Metropoliteni” QSC-də ilk dəfə olaraq psixoloji-test olunublar. Onu da əlavə edək ki, xüsusi peşə ixtisasları, yəni sazlayıcı, sarğıçı, kabel lehimləyicisi, dolalayıcı, frezerçi, avtomobillərin təmiri üzrə çilingər ixtisasları üzrə işə qəbul prosesi hələ davam edir.
Xəbəri paylaş
6938 dəfə oxunub.
Digər xəbərlər

29-10-2016, 22:03
Büdcənin 0,6%-i cərimələrdən formalaşacaq
29-07-2016, 17:55
"Sovetski"nin yerində 6 km-lik 5 küçə salınacaq
25-11-2020, 13:07
Azərbaycan Ordusu Kəlbəcəri azad etdi” - İbrahim Kalın
25-02-2018, 19:42
21 yaşlı tələbə qız qaçırıldı-Ağcabədidə
29-06-2015, 20:25
ÇOX QIZLARIN ÖLÜMÜNƏ SƏBƏB OLAN MAHNIN İFAÇISI
17-09-2016, 23:12
Bakıda ağır qəza “Ford” mağazanı darmadağın etdi —VIDEO
27-11-2015, 15:32
Goranboyda dəhşətli qəza: 4 nəfər ölüb
25-09-2017, 09:57
Tramp miqrasiya ilə bağlı yeni fərman imzaladı