Salyanda narkomaniyaya qarşı mübarizə üzrə gənclərin regional forumu keçirilib
Tarix: 05-10-2015 | Saat: 23:01
Bölmə:M / Karusel / Gündəm / Gənclərimiz | çapa göndər
Xəbəraz.az xəbər verir ki, Oktyabrın 2-də Salyan rayon Heydər Əliyev Mərkəzində Gənclər üçün Təhsil Mərkəzi tərəfindən Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin və Narkotiklərə Qarşı Milli Təbliğat Ofisinin tərəfdaşlığı ilə narkomaniyaya qarşı mübarizə üzrə gənclərin regional forumu keçirilmişdir.
Şirvan şəhər, Hacıqabul, Salyan, Saatlı, İmişli, Kürdəmir, Sabirabad, Ucar, Beyləqan, Yevlax və Ağsu rayonlarından 300-ə yaxın yeniyetmə və gəncin iştirak etdiyi forumun əsas məqsədi region gənclərinin sağlamlıq məsələlərinə diqqəti artırmaq, sağlam həyat tərzinin təbliği istiqamətində maarifləndirmə işləri aparmaq, bu sahədə yeni təşəbbüslərin formalaşmasına dəstək vermək, o cümlədən gənclər arasında narkomaniyaya qarşı mübarizə üzrə birgə əməkdaşlıq imkanları yaratmaq olub..
Tədbirdə Salyan Rayon İcra Hakimiyyəti başçısının müavini, Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru, Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun nümayəndəsi, BMT-nin Azərbaycandakı nümayəndəsinin strateji tərəfdaşlıq üzrə müşaviri, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun sektor müdiri, Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin nümayəndəsi və digərləri çıxış edərək narkomaniyanın zərərləri, region üçün xarakterik fəsadları və sağlam həyat tərzinin təbliğində ictimaiyyətin, gənclərin üzərinə düşən vəzifələrdən bəhs ediblər.
Forumun ikinci hissəsində Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin nümayəndələri çıxış edərək, narkomaniyaya qarşı ölkədə aparılan mübarizə tədbirləri barədə məlumat veriblər.
Sonda bu bəşəri bəladan bəhs edən videoçarx nümayiş etdirilib.
Bunula yanaşı Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış əyani vəsaitlər (“Narkotiklər haqqında həqiqəti bilin”, “Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox deyək”, “Sağlam ailə naminə narkotiklərə yox deyək”, “Sağlam həyat naminə narkotikdən uzaq duraq”, “Narkomaniya sakit ölümdür” adlı bukletlər, yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri) tədbir iştirakçılarına paylanılmışdır.
Xəbəri paylaş
1 6888 dəfə oxunub.
Digər xəbərlər

28-06-2015, 20:25
Oyuncağına bənzəyən körpələr - FOTOSESSİYA
11-04-2015, 19:35
Quranı tapdalıyanın aqibəti
12-03-2015, 23:02
ƏSAS MƏNƏM, MƏNİM QARNIM TOX OLSUN (yeni) SATİRA-QƏRİB
27-04-2018, 19:22
"Quş qripi" ilə bağlı RƏSMİ AÇIQLAMA
9-11-2016, 19:39
“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi Dövlət Bayraq günü və dövlət rəmzlərimiz haqda şagirdlər üçün açıq dərs keçirmişdir
5-02-2018, 10:47
Təmas xəttində növbəti monitorinq keçiriləcək
2-12-2016, 21:25
Tarkanın klipinə çəkilən model illər sonra - fotolar
26-09-2016, 15:18
Ancelina Coli uşaqları da götürüb Bred Piti tərk etdi
9-06-2022, 11:38
Azərbaycanda fəhlə bir yumruqla iş yoldaşını öldürdü
1-01-2018, 22:48
ARAŞDIRMA: əgər tənha və subaysınızsa, deməli...