Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi Dövlət Bayraq günü və dövlət rəmzlərimiz haqda şagirdlər üçün açıq dərs keçirmişdir
Tarix: 09-11-2016 | Saat: 19:39
Bölmə:M / Karusel / Gündəm / Gənclərimiz | çapa göndər

“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi Dövlət Bayraq günü və dövlət rəmzlərimiz haqda şagirdlər üçün açıq dərs keçirmişdir

“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi öz fəaliyyət istiqamətinə uyğun olaraq davamlı şəkildə müxtəlif layihələr həyata keçirir. Bu tədbirlər əsasən gənc nəslin milli-vətənpərvərlik ruhda tərbiyyə olunması və onların öz tariximizə, mədəniyyətimizə daha dərindən bələd olması məqsədi daşıyır.
Növbəti belə bir tədbir ölkəmizdə təntənəli şəkildə qeyd edilən 9 Noyabr - Dövlət Bayrağı Gününə həsr edilmişdir.
Aşıq Şəmşir Mədəniyyət Ocağı İctimai Birliyi 9 Noyabr 2016-cı il tarixində Bakı şəhərində fəaliyyət göstərən Kəlbəcər rayon 20 saylı məktəbin şagirdlərinin Şəhidlər xiyabanına ziyarətini təşkil etmiş və mədəniyyət ocağının ofisində Dövlət Bayraq günü və dövlət rəmzlərimiz haqda şagirdlər üçün açıq dərs keçirmişdir.
İctimai Birliyin sədr müavini Həbib Misirov açıq dərsdə bildirmişdir ki, Azərbaycanda üçrəngli dövlət bayrağı ilk dəfə 1918-ci il noyabr ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edilmişdir. 1920-ci il aprelin 28-də Xalq Cümhuriyyəti süqut etdikdən və Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycanda bu bayraqdan imtina edilmişdir.
Eyni bayraq ikinci dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə bərpa edilmiş və Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edilmişdir. Eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır.
1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxmış və üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar vermişdir.
Prezident İlham Əliyev 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə, 2009-cu il noyabrın 17-də isə Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncamlar imzalamışdır. 2010-cu ildən artıq 7 ildir ki, Dövlət Bayrağı Günü ölkəmizdə qeyd olunur.
Sonda şagirdlər vətənpərvərliyə və bayrağımıza həsr olunmuş şeirlər səsləndirdilər.

“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi Dövlət Bayraq günü və dövlət rəmzlərimiz haqda şagirdlər üçün açıq dərs keçirmişdir
“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi Dövlət Bayraq günü və dövlət rəmzlərimiz haqda şagirdlər üçün açıq dərs keçirmişdir
“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi Dövlət Bayraq günü və dövlət rəmzlərimiz haqda şagirdlər üçün açıq dərs keçirmişdir
“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi Dövlət Bayraq günü və dövlət rəmzlərimiz haqda şagirdlər üçün açıq dərs keçirmişdir
“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi Dövlət Bayraq günü və dövlət rəmzlərimiz haqda şagirdlər üçün açıq dərs keçirmişdir


Xəbəri paylaş

9408 dəfə oxunub.

Digər xəbərlər
11-02-2016, 15:20 Bakı sakini özünü asdı

bütün xəbərlər
____ Instagram ___