"Quş qripi" ilə bağlı RƏSMİ AÇIQLAMA
Tarix: 27-04-2018 | Saat: 19:22
Bölmə:Karusel / Gündəm | çapa göndər
"Quş qripi" xəstəliyinə görə aprelin 16-dan ölkə ərazisində Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX), Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə növbəti monitorinq aparılıb.
DBNX-dən Trend-ə verilən məlumata görə, monitorinq köçəri quşların müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Salyan, Lənkəran və Ağcabədi rayonlarındakı milli park və qoruqlarda, eləcə də respublikanın dənizsahili zonalarında həyata keçirilib. Bundan əlavə, monitorinq aparılan müddətdə quşçuluq və şəxsi təsərrüfatlarda saxlanılan quşlardan da nümunələr götürülüb.
Monitorinq zamanı seçmə üsulla ovlanmış 23 baş çöl quşlarının patoloji materialı və ölkənin ayrı-ayrı quşçuluq və həyətyanı təsərrüfatlarından gətirilən 1827 baş ev quşlarının qan nümunələri Respublika Baytarlıq Laboratoriyasında müvafiq müayinələrdən keçirilib. Dövlət Baytarlıq Nəzarəti Xidməti bununla əlaqədar bildirir ki, nümunələrin heç birində "quş qripi" xəstəliyinin törədicisi aşkarlanmayıb.
Köçəri quşlar üzrə monitorinq aparılan ərazilərdə xəstə və xəstəlikdən tələf olan quşlara təsadüf edilməyib, eləcə də ölkənin bütün təsərrüfatlarında saxlanılan quşlar arasında hər hansı iti yoluxucu infeksion xəstəliyə rast gəlinməyib.
Dövlət Baytarlıq Nəzarəti Xidməti əhaliyə və quşçuluq təsərrüfatı rəhbərlərinə tövsiyə edir ki, köçəri quşların miqrasiyası ilə əlaqədar ev və sənaye quşları qapalı şəraitdə, baytarlıq-sanitariya qaydalarına uyğun saxlanılsın. Həmçinin heyvanlarda (mal-qara, quşlar, balıqlar, arılar və s.) özbaşına müalicə, peyvəndləmə və digər baytarlıq tədbirləri aparılmasın, heyvanların baytarlıq-sanitariya tələblərinə cavab verən şəraitdə saxlanılması həyata keçirilsin.
Hazırda "quş qripi" və digər iti yoluxucu xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.
Xəbəri paylaş
9268 dəfə oxunub.
Digər xəbərlər

17-10-2020, 14:39
Ombudsman Gəncədə faktaraşdırıcı missiya həyata keçirir
15-04-2016, 11:50
Ukraynanın yeni baş naziri karyerasına çilingərlikdən başlayıb
5-03-2017, 17:37
Fiziki və əqli qüsurlu qızını 36 ildir belində daşıyan ANA
19-08-2015, 15:09
Çinli qız Ayətullah Xameneiyə məktub yazdı (Foto)
27-12-2015, 11:00
Toy karvanındakı “Mercedes” qəza törətdi - 3 ölü, 5 yaralı
30-09-2018, 10:42
Bunları yemək intihar etməkdir - SİYAHI
26-11-2016, 16:04
Bakıda 2 qadın xəstəxanaya düşdü, dindirə bilmədilər
16-12-2021, 14:22
Qaz limiti niyə ilin ilk günü sıfırlanmır? - Açıqlama
16-03-2016, 13:44
Yay vaxtına keçidin ləğv edilməsi ilə bağlı məsələyə aydınlıq gətirildi