Azərbaycanda yeni qurumlar yaradılacaq
Tarix: 30-09-2015 | Saat: 21:54
Bölmə:M / Karusel / Siyasət / Aktual | çapa göndər
Azərbaycanda dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatlar yaradılacaq
Bununla bağlı "Publik hüquqi şəxslər haqqında" yeni qanun layihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Publik hüquq - ümumdövlət və ya ictimai maraqların təmin edilməsi ilə bağlı olan münasibətləri tənzimləyən hüquq normalarının məcmusudur. Publik hüquqi şəxs isə dövlət və bələdiyyə adından və ya publik hüquqi şəxs tərəfindən yaradılan, ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır.
Layihənin hazırlanmasında məqsəd publik hüquqi şəxslərin yaradılması, fəaliyyət göstərməsi və təşkili qaydalarını müəyyən etməkdir. Publik hüquqi şəxs dövlət adından müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə adından isə müvafiq bələdiyyə orqanları tərəfindən yaradılır.
Layihəyə əsasən, publik hüquqi şəxslər sahibkarlıq fəaliyyəti ilə yalnız o hallarda məşğul ola bilərlər ki, bu fəaliyyət onların yaradılması zamanı və nizamnaməsində qarşıya qoyulan məqsədlərə nail olmağa xidmət etsin və bu məqsədlərə uyğun gəlsin.
Publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə nizamnamənin və strukturun təsdiqi, nizamnamə fondunun miqdarının müəyyən edilməsi, icra orqanlarının yaradılması (kollegial və ya təkbaşçı) yaradılması, onların səlahiyyətlərinin müəyyənləşdirilməsi və vaxtından əvvəl xitam verilməsi, təsərrüfat cəmiyyətlərinin yaradılması, eləcə də idarə, filial və nümayəndəliklərinin rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verilməsi və digər məsələlər aiddir.
Rəhbər Mülki Məcəllə ilə müəyyən olunan tələblərə cavab verməlidir.
Yeni hazırlanan qanun layihəsi Milli Məclisin iclasında birinci oxunuşda qəbul edilib. (modern.az)
Xəbəri paylaş
6778 dəfə oxunub.
Digər xəbərlər

20-10-2017, 09:54
Bankdan kredit götürən şəxsə zamin duran qadın həbs edildi
12-03-2019, 05:03
BAKU PEARL Tikinti Şirkəti İŞÇİLƏRİ BAZAR GÜNÜ İSTİSMAR EDİR...
18-03-2017, 10:45
Leyla Əliyeva gənc rəssamın sərgisində - Fotolar
29-02-2016, 19:57
Gəlin 4 yaşlı oğlunu atıb qaçdı - FOTO
19-09-2015, 16:51
Ebru Şancı Belçikadakı tarixi bir məkanda toy etdi - FOTO
6-06-2016, 06:19
Azərbaycanlı müğənninin toyu oldu- fotolar
5-07-2015, 17:36
Milli Məclisin deputatına ağır itki
27-09-2020, 10:28
Yunan mediası: Ərdoğan Türkiyəni böyüdür
28-10-2021, 14:55
Bakıda avtobus polis şöbəsinin hasarına ÇIRPILDI