BAKU PEARL Tikinti Şirkəti İŞÇİLƏRİ BAZAR GÜNÜ İSTİSMAR EDİR...
Tarix: 12-03-2019 | Saat: 05:03
Bölmə:M / Karusel / İqtisadiyyat / Foto-fakt / Araşdırma | çapa göndər
Bakı şəhər Xətai Rayon Gəncə prospekti 51 ünvanında adını qeyd etdiyimiz Tikinti şirkəti 10 mart bazargünü olmasına baxmayaraq işçiləri gərgin əməyə cəlb etmişdir. Qeyd edək ki, burada olan zaman tikintisi davam etdirilən binanın 12-ci mərtəbəsində havanın küləkli olması belə nəzərə alınmadan işçilər məhəccər və çəpərləmə olmadan hündürlükdə təhlükəli vəziyyətdə işlədilirdilər. Kameramızı görüb əsas giriş qapısını içəridən veb kamerayla oraya yaxınlaşmağımızı gördükdən bağladılar. Daha sonra saatlar 17:00-ı göstərdiyindən şirkətin mühəndis texniki heyətindən olan ağ dəbilqəli orta yaşlı şəxs , fəhlələri biz dayandığımız əsas giriş qapısından deyil, iriqabaritli müxtəlif texnikalar üçün nəzərdə tutulan , bu giriş qapısından 100 metr aralıda təşkil edilmiş darvazalı qapıdan 10 nəfərə yaxın işçini evlərinə buraxdılar. Bütün bu baş verən traqikomik mənzərə isə artıq burada neqativ halların , ciddi qanunpozuntularından xəbər verdi. Qeyd etdiklərimizin məntiqi nəticəsi olaraq açıqlayırıq ki, əgər sözü gedən bu tikintidə bazar günü əməyi istismar olunaraq işlədilən işçilər əmək müqaviləsinə və ən əsası da Əmək qanunvericiliyinin tələblərinə uyğun idisə bəs nə üçün işçiləri onlar üçün nəzərdə tutulmayan qapıdan çıxardıb kənarlaşdırdılar?
Daha sonra redaksiya ünvanına zəng edərək özünü isə bu tikintidə hansı vəzifənin daşıyıcısı olduğuna da bildirməyən adını isə Rüfət olduğunu səsləndirən şəxs telefonla aparılan sorğuda onu bizə bildirdi ki, " Bakıda bütün Mtk-lar bazar günü işlədilir, siz niyə bazargünü işləyirsiniz?"
Biz isə bu şəxsin nəzərinə Media orqanının qrafiksiz və baş verə biləcək hərhansı bir qanunsuz işlərin ictimai əhəmiyyət kəsb etdiyindən günün istənilən vaxtında KiV haqda AR. Qanununa müfafiq informasiyanın axtarılıb saxlanılıb və yayılması səlahiyyətində olduğumuzu bildirdik. Rüfət adlı şəxs isə Əmək Qanunvericiliyində nəzərdə tutulan həftəlik 40 saatdan artıq işlədilməsinə yolverilməz olduğuna bir mövqe açıqlaya bilmədi.
Həmin görüntüləri sizə təqdim edirik. İnanırıq ki, Respublika Baş Əmək Müfəttişliyi bu halla bağlı müvafiq təftişini həyata keçirəcək.
Mövzunu diqqətdə saxlayırıq.
Xəbəri paylaş
6458 dəfə oxunub.
Digər xəbərlər

28-03-2015, 20:51
ABŞ-dan Sərkisyana böyük zərbə
2-08-2023, 13:39
Xəbərdarlıq: Hava şəraiti kəskin dəyişəcək
24-09-2015, 20:37
Tovuzda çörək pulu qazanan qadının faciəvi ölümü
2-06-2020, 20:05
Maska taxılmamasına görə cərimələr qüvvəyə mindi - MƏBLƏĞ
12-12-2015, 12:26
İlham Əliyev Heydər Əliyevin məzarını ziyarət etdi
30-08-2016, 22:01
APARICI SAMİRA KİMİN AD GÜNÜNÜ TƏBRİK ETDİ? – FOTO
13-06-2020, 11:38
Millət vəkili "Qurtuluş Günü" ilə bağlı seçicilərinə təbrik ünvanladı
26-11-2016, 00:53
Astroloji proqnoz - 26 noyabr
29-07-2016, 14:51
Evdə dəfnə yarpağını yandır, 10 dəqiqə sonra nələr baş verəcəyinə inanmayacaqsınız
25-10-2018, 12:46
Qarabağ qazisi ölüm ayağındadır