Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Gəlin 4 yaşlı oğlunu atıb qaçdı - FOTO
Tarix: 29-02-2016 | Saat: 19:57
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Gəlin 4 yaşlı oğlunu atıb qaçdı - FOTO

Qaxda 28 yaşlı gəlin bir həftədir, evdən çıxıb və geri qayıtmayıb. "Xəbəraz.az " xəbər verir ki, evdən qaçan gəlinin anası, Qax rayonu, Ləkit-Malax kənd sakini Ayşə Məmmədova bu barədə məlumat verib.

Onun sözlərinə görə, Qax rayonunun Çinarlı kəndində yaşayan və hazırda ailəli olan, 1988-ci il təvəllüdlü Aygün Məhəmməd qızı Şahmuradova bir həftə öncə qaynatasından onu Qax şəhərində yaşayan bibisigilə aparmağı xahiş edib: "Qaynatası onu şəhərə gətirsə də, ancaq Aygün Şahmuradova naməlum istiqamətə gedib. Qızım 2010-cu ildə rayonun Çinarlı kənd sakini ilə ailə həyatı qurub. Hazırda onun dörd yaşında oğlan övladı var. Ailədə xırda mübahisələrdən başqa böyük bir problem olmayıb. Evdən gedərkən mobil telefonu üzərində olub, lakin həmin gündən telefon söndürülüb. A.Şahmuradova həyat yoldaşına bir dəfə gizli nömrədən zəng edərək artıq evə gəlməyəcəyini bildirib".

Artıq bu barədə Qax Rayon Polis Şöbəsinə ərizəylə müraciət edilib: "Qızımın evinə qayıtmasını, azyaşlı övladını anasız qoymamasını istəyirəm".

Aygün Şahmuradova evdən gedərkən əynində sarı gödəkcə, zolaqlı şalvar, boynunda ağ şərf və ayağında qara ayaqqabı olub. Ailəsi onu görənlərdən aşağıdakı nömrələrlə əlaqə saxlamalarını istəyir:
02425 63 3 10
055 543 59 63

Gəlin 4 yaşlı oğlunu atıb qaçdı - FOTO


Xəbəri paylaş

7118 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___