Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“MEDİSTYLE HOSPİTAL” ŞİKƏST ETDİYİ XƏSTƏNİN ZƏRƏRİNİ ÖDƏMİR – QALMAQALLI CİNAYƏT İŞİ…
Tarix: 28-09-2021 | Saat: 11:30
Bölmə:M / Karusel / Gündəm / Araşdırma | çapa göndər


Beyləqan rayonu Əhmədli kənd sakini Pənah Hüseynov “Medistyle Hospital” tərəfindən səhv əməliyyat edildiyini bildirir.

Onun sözlərinə görə, həkim Qardaşxan Məmmədov ondan 11 000 manat alıb və uğursuz əməliyyat nəticəsində şikəst qalıb.
Bu haqda  danışan vətəndaşın sözlərinə görə, 2017-ci ildə həkimlər – Qardaşxan Məmmədova və Niyaməddin Əliyevə 11 min manat ödəniş edib:
“Amma məni səhv əməliyyat ediblər, şikəst qoyublar. Mənə xərçəng və 4-cü dərəcəli serroz diaqnozu qoyulmuşdu. Əməliyyatdan sonra vəziyyətim ağırlaşıb, bu barədə hüquq-mühafizə orqanlarına da məlumat vermişəm. Həkimlərin rəyi belə olub ki, guya sünnət zamanı yaranmış şişlərdir və nəticə bu yerə çatıb”.
Vətəndaş deyir ki, 30.4.2018-ci il tarixdə təkrar əməliyyat olunub, lakin yenə uğursuz nəticələnib: “2018-də Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314. 1. maddəsi ilə cinayət işi başlanıb. Bununla da zərər çəkən şəxs kimi tanınmışam.
Eyni zamanda məhkəmə tibb ekspertiza, məhkəmə keçirilib və təsdiqlənib. Bundan əlavə, klinikada işləyən Türkiyə vətəndaşı Bülent Alıcıya 314.1 maddəsi ilə cinayət işi açılıb. Sadəcə, xarici vətəndaş olduğu üçün işin icraatı dayandırılıb.
Onun miqrasiya haqda qanunu pozaraq Azərbaycana gətirildiyi təsbit edilib. Bu səbəbdən “Medistyle Hospital”ın tabe olduğu “Renessans-S” MMC-nin rəhbəri İmran Ağayevə 192.1 maddəsi ilə cinayət təqibindən kənar cərimə kəsilib. Yəni kənardan həkim dəvət etdiyi üçün…”
P.Hüseynov bildirir ki, həm hospitalın həm də onun tabe olduğu MMC-nin vəkilliyini edən Nüsrət Məzahirov yalan ifadə verməklə ədalətsiz qərar qəbul edilməsinə nail olub:

“İfadəsində deyib ki, “Medistyle Hospital” 2004-cü ildən 2019-dək “Renessans-S” MMC-nin tərkibində olub. Halbuki, nizamnamədə “Medistyle Hospital”ın artıq 2017-ci ildən müstəqil fəaliyyət göstərdiyi təsdiq edilir.
Bununla da vəkil Nüsrət Məzahirov həm Baş Prokurorluğu, həm Nərimanov rayon Prokurorluğunu, həm də Nərimanov rayon Məhkəməsini, o cümlədən açıqlama verdiyi saytın rəhbərliyin aldatmaqla ictimaiyyətdə yanlış fikirlər yaradıb”.
Şikayətçi deyir ki, Nərimanov rayon Məhkəməsi hospitala 25 min manat cərimə kəsib: “Qərar qüvvəyə minib. Vəkil deyir ki, hospital MMC-nin tərkibində deyil. Əgər deyildisə, vəkil nəyə görə Baş Prokurorluğu aldadıb?
Faktiki məni şikəst ediblər. Nərimanov məhkəməsinin sədri Gültəkin Əsədova mənə 33 min manat təzminat ödənilməsi haqda qərar çıxarıb, amma icra olunmur. Çünki vəkil məhkəməni və prokurorluğu aldadıb. Qardaşxan Məmmədov məni inandırdı, borc-xərc edib 11 min düzəltdim, mənə şiş diaqnozu qoydular, bu da axırı…
Biz kənardan Bülent adlı həkim də dəvət etməmişik. Əməliyyat zamanı çəkilən video qeydiyyat da ortalığa çıxarılmır.
Həmin hadisədən sonra baş həkim İmran Ağayev Zığdakı modul tipli xəstəxanada korona xəstələrindən rüşvət aldığına görə həbs edildi.
Niyaməddin Əliyev və Qardaşxan Məmmədov prodüser Sayqa Cahidi də bədbəxt ediblər. Vaxtında bu işə hüquqi qiymət verilsəydi, millət bu dələduzların qurbanına çevrilməzdi”.
Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.(tia.az)





Xəbəri paylaş

3178 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___