Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Bəxt üzüyünün" "Söylü"sünün bu gün 61 yaşı tamam olur
Tarix: 15-08-2016 | Saat: 10:25
Bölmə:Karusel / Şou-Biznes | çapa göndər

"Bəxt üzüyünün" "Söylü"sünün bu gün 61 yaşı tamam olur

Bu gün xalq artisti Afaq Bəşirqızının doğum günüdür.

O, 1955-ci ildə Bakı şəhərində böyük Azərbaycan aktyoru Bəşir Səfəroğlunun ailəsində anadan olub.

1974-1979-cu illərdə İncəsənət Universitetində təhsil alıb.

Aktyorluq fəaliyyətinə 1973-cü ildə Lənkəran Dövlət Dram Teartında başlayıb.

İlk rollarından özünü istedadlı, işgüzar, səhnəyə böyük məhəbbətlə bağlı, daim axtarışda olan sənətkar kimi göstərərək, tamaşaçıların dərin rəğbətini qazanıb.

"Xəbəraz.az "ATV.aza istinadən xəbər verir ki, 1975-ci ildə Sumqayıt Dövlət Dram Teatrında işləməyə başlayıb. Əsasən, komik rolların ifaçısı kimi daha da püxtələşən Afaq Bəşir qızı Səfərova, Sumqayıt teatrında klassik və müasir dramaturqların əsərlərində baş rolları ifa edərək şöhrət qazanıb. Onun “Bəxt üzüyü” tamaşasında yaratdığı Söylü obrazı öz koloritinə, tutumuna, yüksək bədii keyfiyyətlərinə görə nümunədir. Eyniadlı filmin xalq tərəfindən sevilməsində də aktrisanın xidmətləri böyükdür. 1989-cu ildə Afaq Bəşirqızı Musiqili Komediya Teatrına dəvət alıb və işlədiyi ilk gündən tamaşalarda baş və əsas rolları ifa edərək bir-birindən maraqlı obrazlar yaratmağa nail olub. Afaq Bəşirqızı teatr yaradıcılığı ilə yanaşı bir sıra kino və televiziya tamaşalarında da çəkilib. Bunlardan “Bəxt üzüyü”, “Evləri köndələn yar”, “Yaşıl eynəkli adam”, “Nekroloq” və.s. adlarını qeyd etmək olar. Yaradıcılığının ən müdrik çağlarını yaşayan Afaq xanım Bəşirqızı bu gün də fəal yaradıcılıq axtarışındadır. O, uzun illərdir ki, Mədəniyyət və İncəsənət Universitetində pedoqoq kimi çalışır.

Xalq Artisti Bəşir Səfəroğlunun qızıdır.


Xəbəri paylaş

6068 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___